Ankara Mesxeti türklərinin sovet diktatoru İosif Stalin tərəfindən Gürcüstandan Mərkəzi Asiyaya deportasiya olunmasının 74-cü ildönümü günündə “onların mübarizəsinə” bundan sonra da dəstək verəcəyini bəyan edib.
Türkiyə Xarici İşlər Nazirliyinin noyabrın 14-də yayılmış bəynatında deyilir iki, Ankara Mesxeti türklərinin “şəraitini və repatriasiya prosesini yaxından izləməkdə davam edəcək”.
Sovet hökuməti həm də Axısqa türkləri adı ilə tanınan 115 minə yaxın Mesxeti türkünü 1944-cü il, noyabrın 14-də yük vaqonlarına dolduraraq kütləvi şəkildə sürgün edib. Onları bir millət kimi Türkiyəyə loyallıqda ittiham edirdilər.
Əksəriyyəti uşaqlar və qocalar olmaqla 13 min insan Cənubi Rusiyanın və Mərkəzi Asiyanın yollarında tələf olub.
Qafqazlardan İkinci Dünya Müharibəsi illərində deportasiya olunmuş başqa xalqlardan fərqli olaraq mesxetililərə tam şəkildə rəsmi bəraət verilməyib.
Gürcüstan 2007-ci ildə Mesxeti türklərinin repatriasiyası barədə qanun qəbul etsə də, onlar tarixi vətənlərinə qayıtmaq üçün lazımi sənədləri gürcü rəsmilərdən almaqda çoxsaylı bürokratik əngəllərlə üzləşiblər.
Dünyada 600 minədək Mesxeti türkünün olduğu təxmin edilir. Onların əksəriyyəti Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Türkiyə, Ukrayna, Özbəkistan və Birləşmiş Ştatlarda məskunlaşıb.