Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 13:26

Türkiyənin keçmiş baş nazirinin oğlu evində ölü tapıldı


Mesut Yılmaz

Türkiyənin keçmiş baş naziri Mesut Yılmazın oğlu Mehmet Yavuz Yılmaz İstanbuldakı evində ölü tapılıb.

Türkiyə mediası xəbər verir ki, öz yatağında güllə yarasından ölən 38 yaşlı M.Y.Yılmazın yanında şəxsi tapançası tapılıb.

Hadisənin intihar olub-olmadığı araşdırılır.

Mehmet Yavuzun telefonunun cavab vermədiyini görən qohumları onun mənzilinin qapısını sındıraraq içəri giriblər.

Keçmiş baş nazir ABŞ-da bir toplantıdaykən xəbəri eşidib və dərhal geri dönüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG