Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:15

Mesut Özil Məkkəni ziyarət edib


►"Arsenal" klubunun türk əsilli yarımmüdafiəçisi Mesut Özil Avropa çempionatından əvvəl tətilə çıxıb və Məkkə ziyarətinə gedib.

27 yaşlı Özil bu yay Fransada keçiriləcək Avropa çempionatında Almaniya yığmasının əsas oyunçularından biri olacaq.

*Ölkədə nə baş verir? Bilirsən? Biz göstəririk, abunə ol, bizi izlə

O, tətil zamanı Yaxın Şərq turuna çıxaraq Dubayı ziyarət edib və İordaniyada suriyalı qaçqınlara yardım etmək üçün təşkil edilmiş xeyriyyə matçında iştirak edib.

Mesut Özil Kəbənin fonunda çəkdirdiyi fotosunu "#Mecca #HolyCity #SaudiArabia #Islam #Pray" yazısı ilə İnstaqlama yerləşdirib.

Yaxın Şərqə səfəri zamanı alman futbol ulduzu Asiya Futbol İnkişaf Layihəsinin təşəbbüsü çərçivəsində İordaniyada Zaatari qaçqın düşərgəsinə də baş çəkib və yerli uşaqlarla futbol oynayıb. Paytaxt Əmmandan 80 kilometr şimalda yerləşən bu düşərgədə 80000 Suriya qaçıqını yaşayır.

Özil Əmmanda həm də İordaniyanın 17 yaşa qədər qızlar komandasının təlimində iştirak edib. Təlimdən sonra isə o, komandanın üzvlərinə özünün "Arsenal" formasından paylayıb və onlarla şəkil çəkdirib.

"Arsenal"la hazırkı müqaviləsinin 2018-ci ildə başa çatmasına baxmayaraq Özil deyib ki, yeni müqavilə barədə danışıqlara başlamağa tələsmir. O bildirib ki, Avropa çempionarı onun üçün prioritetdir.

"Arsenal" ümid edir ki, Özili gələcəyini bu klubla bağlamağa inandıra biləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG