Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Messi millidən 3 ay kənarlaşdırıldı


Lionel Messi argentinalı futbolçu, 26 iyun, 2019.
Lionel Messi argentinalı futbolçu, 26 iyun, 2019.

Arekintanlı futbolçu Lionel Messi 3 ay futboldan kənarlaşdırılıb.

Qərarı Cənubi Amerika Futbol Konfederasiyası (Conmebol) çıxarıb.

O, həmçinin 50 min dollar cərimə edilib.

Reutersin avqustun 3-də verdiyi məlumata görə, Messi bundan əvvəl Cənubi Amerikanın futbol federasiyasını korrupsiyaya qurşanmaqda ittiham edibmiş.

Söhbət xüsusilə ev sahibi Braziliyanın çempion olduğu Amerika kubokundakı oyunlardan gedir.

Messi, 3-cü yer uğrunda Çili ilə görüşdə Gary Medel-lə davaya görə qırmızı vərəqə də almışdı.Argentina həmin görüşdə 2:1 hesabı ilə qalib gələrək 3-cü yeri tutub.

Amma Messi medalların təqdimat mərasimində iştirak etməyib, yarışın isə yerli Braziliya millisinin xeyrinə saxtalaşdırıldığını bəyan edib.

Braziliya milliti mübahisəli yarımfinal görüşündə Argentina millisini məğlub edərək finala çıxıb və finalın qalibi oub.

Braziliya finalda Perunu 3:1 hesabı ilə məğlub edib.

Qərardan şikayət vermək üçün Messinin 7 günü var.

Əgər qərar dəyişməsə, onda Messi Çili, Meksika və Almaniya ilə yoldaşlıq görüşlərini buraxmalı olacaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG