Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:30

Ekspertlər: İşsizliklə bağlı rəqəmlər reallığı əks etdirmir


İlham Əliyevdən yeni sərəncam: Təqaüd və pensiyalar artır
Gözlə

No media source currently available

0:00 0:14:47 0:00

İlham Əliyevdən yeni sərəncam: Təqaüd və pensiyalar artır

Rəsmi məlumata görə, 2018-ci ildə Azərbaycanda 118 min yeni iş yeri yaradılıb. Bu barədə prezident İlham Əliyev bu ilin yanvarında bildirib.

Lakin AzadlıqRadiosunun Bakı küçələrində apardığı sorğunun həmsöhbətlərindən biri 56 yaşlı Ələkbər Muradəliyev da deyir ki, nə qədər çalışsa da bu 118 min yeni iş yerindən birinə sahib ola bilmir. Hansı qapını döysə, yaşını səbəb göstərib, imtina cavabı eşidir:

“Məşğulluq Mərkəzinə müraciət etdim. Nömrəmi götürüb dedilər ki, özləri əlaqə saxlayacaqlar. Amma mənimlə əlaqə saxlayan olmadı. Sonra özüm onlara müraciət etdim, dedilər ki, sənin yaşına uyğun iş yoxdur. Ümumiyyətlə, hara olur olsun, iş üçün müraciət edəndə yaş həddini göstərib, imtina edirlər. Mən isə elə çox maaşlı iş də istəmirəm, aya 400 manatlıq iş olsa lap yaxşı olar”.

Ələkbər Muradəliyev 4 nəfərlik ailəsi ilə kirayədə yaşayır. Deyir ki, uzun müddət sürücü işləyib, başqa ixtisası da yoxdur.

2018-ci ildə 118 min iş yeri açılıb?
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

Prezident İlham Əliyev fevralın 13-də Beyləqana səfərində də bildirib ki, məhz heç bir ixtisası olmayan, işsiz vətəndaşlara ödənişli ictimai işlər yaradırlar. Onun dediyinə görə, bu il azı 30 min belə ictimai iş yeri yaradılacaq.

“Həm Bakıda, böyük şəhərlərdə, bütün rayonlarda, o cümlədən Beyləqan rayonunda yüzlərlə ödənişli ictimai iş yaradılıb ki, hələlik iş tapa bilməyən vətəndaşlar bu işlərə cəlb olunsunlar və maaş alsınlar”.

DOST adlanan təşkilat

İctimai işləri vətəndaşlara DOST adlanan "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” tərəfindən təklif olunur. Bu agentlik 2018-ci ilin avqustunda yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyir ki, yeni yaradılan ictimai işlər əsasən abadlıq, təmizlik, sosial, ekoloji layihələrdə olan işlərdir. Maaşları isə minimum əmək haqqına uyğun hesablanır:

“Martın 1-dən onların əməkhaqqı 180 manat olacaq. Bundan əlavə onlar üçün 22 faiz Sosial Müdafiə Fonduna ödənişləri də edilir. Yəni, əmək müqaviləsi ilə işə götürülür, gələcək pensiya təminatları olur. Bundan başqa, işdən azad olunsalar və ya ixtisar olunsalar, işsilikdən sığorta ödənişləri olur”.

Nazir bildirib ki, ötən 7 ayda paytaxt və regionlarda 25 min ictimai iş yeri yaradılıb.

Sosial İqtisadi İnkişaf Mərkəzinin tədqiqatçısı Rəşad Həsənov deyir ki, son zamanlar hökumətin sosial siyasətində bəzi dəyişikliklər hiss olunur. Dayanıqlıq, maliyyə təminatı üçün addımlar atılır. Sosial yardım kimi passiv müdafiə mexanizmləri, daha fəalı ilə əvəzlənir. Rəşad Həsənov bu istiqamətdə özünüməşğulluq proqramını xüsusi vurğulayır. Amma o bildirir ki, bütün görülən işlərə baxmayaraq, hökumətin işsizliklə mübarizə siyasəti hələki özünü doğrultmayıb:

“Bu istiqamətdə çox ciddi çətinliklər və nöqsanlar var. Xüsusilə də, bu istiqamətdə dövlət siyasətini icra edən dövlət qurumlarına ciddi inamsızlıq var. Siz təsəvvür edin ki, Dövlət Məşğulluq Mərkəzlərinin reputasiyası o qədər zəifdir ki, vətəndaşlar işsiz olduqları halda belə ora müraciət etmirlər. Ona görə də Azərbaycanda işsizliklə bağlı açıqlanmış rəqəmlər reallığı əks etdirmir”.

İqtisadçı Rəşad Həsənov deyir ki, hökumət işsizlik problemini həll etmək istəyirsə, sahibkarlıq mühitini inkişaf etdirməli, inhisar aradan qaldırılmalıdır.

Rəsmi məlumata görə Azərbaycanda işsizlik 5 faiz həddindədir. Hökumət təkcə ötən il 118 min yeni iş yerinin yarandığını bəyan edir.

Amma müstəqil ekspertlər bu rəqəmlərə şübhə ilə yanaşırlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG