Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 22:52

Prokuror Məşədi Natiqə cəza istəyəcək


Məşədi Natiq Kərimov

2015-ci ilin dekabrında - Nardaranda 6 nəfərin öldüyü əməliyyatdan az sonra həbs olunan və dövlətə xəyanətdə suçlanan Natiq Kərimovun məhkəməsi yekunlaşır.

Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq və onunla birlikdə mühakimə olunan Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində, qapalı şəraitdə baxılır.

Vəkillər AzadlıqRadiosu-na bildirib ki, aprelin 6-da keçirilən iclasda məhkəmə istintaqının tamamlandığı elan olunub.

Buna da bax:​ Məşədi Natiq: 'Qapalı məhkəmədə olanları yaya bilmərəm...'

Dövlət ittihamçısı çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Ona aprelin 13-nə qədər vaxt verilib.

Məşədi Natiq və İnqilab Əhədov xarici xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb olunub, verilən tapşırıqları yerinə yetirməkdə, casusluq edib məlumatlar ötürməkdə suçlanır. Onların hər ikisinə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham irəli sürülüb.

Buna da bax: Nardaran işi: Məşədi də Taleh Bağırovun əleyhinə ifadə verib

İnqilab Əhədov həbsdədir, Natiq Kərimov isə təxminən bir ay həbsdə saxlandıqdan sonra - 2015-ci il yanvarın 19-da ev dustaqlığına buraxılıb.

Məşədi Natiq əvvəlki məhkəmə iclaslarından sonra jurnalistlərə açıqlamasında günahsız olduğunu və ittiham aktında yazılanları yalan saydığını söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG