Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

8103 xidmətindən şikayət var


Bu gün, aprelin 21-də xüsusi karantin rejimi zamanı evdən çıxmaq üçün ayrılmış 8103 qısa telefon nömrəsinə mesaj göndərməkdə çətinlik yarandığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna şikayət edən vətəndaşlar deyiblər ki, qeyd olunan nömrəyə mesaj göndərsələr də, xəta baş verir və göndərilən mesaj ünvana çatmır.

Başqa istifadəçilər isə şikayətlənirlər ki, mesajın göndərilməsindən bir saatdan çox vaxt keçsə də, cavab mesajı gəlməyib.

Bütün bu şikayətlərlə bağlı “ASAN xidmət”in 9108 Çağrı Mərkəzindən “Turan”agentliyinə bildirilib ki, mesajın getməməsi mobil operatorda yaranmış problemlə əlaqədar ola bilər:

"Mesajlara gec cavab gəlməsi isə ölkədə yaranmış internet problemi ilə bağlı idi. Hazırda problem həll olunub".

Məsələyə Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən münasibət almaq isə, hələlik, mümkün olmayıb.

2019-cu ilin sonlarına doğru Çində baş qaldıran yeni koronavirusla bağlı Azərbaycanda da martin 24-dən xüsusi karantin rejimi elan edilib.

Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilərlər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.Ölkədə karantin rejimi mayın 4-nə qədər davam etməlidir.

Artıq dünyada bu virusa yoluxanlardan 171 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə virusa yoluxanlardan (1480) 20 nəfərin öldüyü açıqlanıb.

XS
SM
MD
LG