Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:16

Mərkəzi Bankın ehtiyatları da azalıb, pul bazası da...


Mərkzi Bank
Mərkzi Bank

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları azalıb.

Bu haqda AMB-nin yeni açıqlanmış məlumatında bildirilir.

Məlumata görə, bu il sentyabrın 1-də bankın valyuta ehtiyatları 5 mlrd. 503.5 mln. dollar təşkil edib. Bu, avqustun 1-nə olan göstərici ilə müqayisədə 43.4 mln. dollar azdır.

Valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə isə artıb. Artım 168,9 mln. dollar olub.

Son dönəmdə AMB ehtiyatlarında artım müşahidə edilirdi.Valyuta hərraclarına son illər AMB yox Neft Fondu valyuta çıxarır.
2015-ci il devalvasiyaları ( manat dollara nisbətdə 2 dəfə dəyər itirdi) ərəfəsində və ondan bir müddət sonra AMB-nın ehtiyatlarında kəskin azalma baş vermişdi. 2014-cü ildə Mərkəzi Bankın ehtiyatları 15 milyard dolları keçmişdi.

Pul bazası

Azərbaycanın pul bazasında da son bir ayda azlam olduğu bildirilir.

AMB vurğulayır ki, pul bazasının həcmi sentyabrın 1-nə 8 milyard 318,2 milyon manat olub. Bu, da avqustun 1-nə olan göstəricilərlə müqayisədə 570,7 mln. manat azdır.

Pul bazası ilin vvəli ilə müqayisədə də azlıb - 22,5 milyon manat...

XS
SM
MD
LG