Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:51

Manat azalır


Mərkəzi Bank
Mərkəzi Bank

Azərbaycanda pul bazası azalıb. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, yanvarın 31-nə pul bazası 7 milyard 331.7 milyon manat olub. Bu, ötən ilin sonu ilə müqayisədə 528.8 milyon manat azdır.

Pul bazası dedikdə, pul kütləsinin AMB-nin qısa müddətdə dəyişdirə bildiyi hissəsi nəzərdə tutulur. Onun tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının AMB-dəki müxbir hesablarının qalıqları) daxildir.

Baş bank qeyd etmişdi ki, inflyasiya ilə mübarizəni pul təklifini əhəmiyyətli şəkildə məhdudlaşdırmaqla və sərt pul siyasətini həyata keçirməklə aparacaq.

Ekspertlərin fikrincə, bu da o anlama gəlir ki, 2017-ci ildə AMB iqtisadiyyatı pulsuz qoyacaq. Baş bank bu yolla inflyasiyanın önünü kəsmək istəyir. Di gəl, bəzi ekspertlərə görə, ötən il həmin siyasət səmərə verməyib –ikirəqəmli inflyasiya buna nümunə göstərilir.

Pul bazasının ən yüksək həddi 2014-cü ilin yayına təsadüf edir - 11.7 milyard manat. Ekspertlər hesab edir ki, pul bazasının azaldılmasında AMB-nin digər bir məqsədi dollar alışını azaltmaqdır. Ancaq pul bazasının azalması iqtisadi fəallığı tam aradan qaldıra bilər. Ötən il Azərbaycan iqtisadiyyatında azalma baş verib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG