Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:31

Merkel Ermənistanda 'soyqırım' sözünü işlətməyib (VIDEO)


Almaniya kansleri Angela Merkel və Ermənistanın baş naziri Nikol Pashinian avqustun 24-də Yerevanda görüşüblər
Almaniya kansleri Angela Merkel və Ermənistanın baş naziri Nikol Pashinian avqustun 24-də Yerevanda görüşüblər

Almaniya kansleri Angela Merkel Tbilisidən Ermənistanın paytaxtı Yerevana gəlib. Bu, xanım Merkelin Cənubi Qafqaza səfər turunun ikinci dayanacağıdır. O avqustun 25-də Yerevandan Bakıya yola düşəcək.

Yerevan hava limanında Ermənistanın baş naziri Nikol Pashinian tərəfindən salamlandıqdan sonra kansler Tsitsernakaberd yüksəkliyində yerləşən və ermənilərin “Soyqırım abidəsi” adlandırdıqları xatirə kompleksinə gəlib və abidənin önünə əklil qoyub.

Ermənislər deyirlər ki, Birinci Dünya Müharibəsi zamanı Osmanlı Türkiyəsində 1, 5 milyon erməni öldürülüb. Ankara bu iddianı rədd etsə də, dünyanın bir çox ölkələri qətlləri soyqırımı kimi tanıyıblar.

Almaniya Bundestaqı 2016-cı ildə 1915-cı il qırğınlarını soyqırım kimi tanıyan qətnaməni böyük səs çoxluğu ilə qəbul edib.

Qətnamədə habelə həmin vaxt Osmanlı Türkiyəsinin Almaniya ilə hərbi müttəfiq olduğu etiraf edilib.

Türkiyə bu qətnaməyə hiddətli reaksiya göstərmişdi. İndiyədək hakimiyyətdə olmuş bütün Türkiyə hökumətləri Osmanlı imperiyasında erməni əhalinin planlı və düşünülmüş halda öldürülməsi barədə iddiaları rədd edib.

Türkiyə bildirir ki, bu hadisələr zamanı öldürülmüş ermənilərin sayı ermənilərin iddia etdikləri qədər deyil. Ankara bildirir ki, ovaxtkı hökumət ölkənin xristian əhalisini qırmaq planına malik olmayıb və əslində vətəndaş itaətsizliyinə qarşı tədbirlər görülüb.

Almaniya kansleri Angela Merkel Osmanlı Türkiyəsində ermənilərin qətliam edilməsini “ermənilərə qarşı dəhşətli cinayət” adlandırıb və deyib ki, bu, “unudula bilməz və unudulmamalıdır”.

Müşahidəçilər bildirirlər ki, xanım Merkel bəyanatlarında “soyqırım” sözünü işlətməyib və beləliklə də 2016-cı ildə Bundestaqın qətnaməsindən sonra Ankara və Berlin arasında yaşanmış gərginliyin təkrarına imkan verməyib.

Merkelin Cənubi Qafqaza səfərindən əvvəl onun ofisi bildirmişdi ki, kansler Ermənistanda və Azərbaycanda olarkən tərəfləri məsələnin “dinc və hər iki tərəf üçün məqbul” bir şəkildə həllinə çağıracaq.

Yerevana səfər Almaniya kanslerinə Ermənistanın yeni baş naziri Nikol Pashinian-la əyani tanış olmaq imkanı verib.

Ermənistan son onilliklərdə Moskva ilə sıx müttəfiqliyini saxlasa da, Avropa İttifaqı ilə daha yaxın münasibətlərə meyl göstərib.

Hazırda balansı daha çox Qərbin xeyrinə dəyişməyə çalışan Pashinian-ın bəzi siyasətləri Moskvanın sərt tənqidinə səbəb olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG