Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:00

Merkel deyir ki, ABŞ-la münasibətlər təzyiq altında olsa da, mühümdür


Almaniya kansleri Angela Merkel (solda) və Donald Trump Belçikada keçirilən NATO sammitində
Almaniya kansleri Angela Merkel (solda) və Donald Trump Belçikada keçirilən NATO sammitində

Almaniya kansleri Angela Merkel deyib ki, o öz ölkəsinin Birləşmiş Ştatlarla münasibətləri üzərində işləyəcək. O bu münasibətləri “hazırda təzyiq altında olan”, lakin ümumən “həlledici” adlandırıb.

Merkel bu bəyanatı iyulun 20-də keçirilən geniş mövzulu mətbuat konfransında ABŞ prezidenti Donald Trump Almaniyanı enerjiyə görə Rusiyanın “əsiri” olmaqda ittiham etdikdən sonra verib.

Trump iyulun 11-də NATO-nun Brüsseldə keçirilmiş sammitində demişdi ki, Almaniya Rusiyanın 11 milyard dollarlıq ŞimalAxını-2 layihəsini dəstəkləməklə düzgün hərəkət etmir. Baltik dənizinin altı ilə çəkilən bu kəmər Rusiyanın təbii qazını Almaniyaya nəql etməldiir.

Trump-la münasibətləri barədə suala cavab verərkən Merkel deyib ki, “bizim dəyərlərimiz və ənənəvi iş çərçivəmiz hazırda güclü təzyiq altındadır”.

Bununla yanaşı Merkel deyib ki, ABŞ-la münasibətlər Almaniya üçün həlledici əhəmiyyətə malikdir.

Merkel Trump-ın Putini bu payız Vaşinqtona dəvət etməsini alqışlayıb və deyib ki, Birləşmiş Ştatlar və Rusiya liderləri arasında görüşlər yenidən müntəzəm ola bilər.

Bununla yanaşı Merkel deyib ki, o, bir il bundan əvvəl Avropanın dünya nizamını saxlamaq üçün bundan sonra ABŞ-a güvənə bilməyəcəyini deyəndə haqlı olub.

Merlkel deyib ki, “biz bundan sonra supergüc olaraq ABŞ-a güvənə bilmərik”.

Almaniya kansleri habelə Trump-ın NATO-nun ən gənc üzvü Monteneqro haqqında bəyanatına münasibət bildirib.

Trump demişdi ki, monteneqroluların “aqressivliyi” 3-cü dünya müharibəsinə səbəb ola bilər.

Merkel deyib ki, NATO nizamnaməsinin qarşılıqlı müdafiə yardımı barədə 5-ci maddəsi təkcə alyansın böyük üzvlərinə yox, həm də kiçik üzvlərinə şamil olunur.

Kansler deyib ki, Monteneqro alyansın üzvü olmaq üçün böyük səylər göstərib və o Monteneqronun NATO üzvü olmasından məmnundur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG