Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

Almaniyada kanslerlə daxili işlər naziri miqrasiya məsələsində razılığa gəldilər


Angela Merkel və Horst Seehofer
Angela Merkel və Horst Seehofer

Almaniyanın daxili işlər naziri Horst Seehofer miqrasiya siyasətində kansler Angela Merkellə razılığa gəldiklərini və istefa fikrindən daşındığını bildirib.

AzadlıqRadiosunda olan məlumata görə,razılaşma iyunun 2-si axşam saatlarında aldə olunub.

Bu məlumatı kansler Angela Merkel də təsdiqləyib.

Amma əlavə detallar barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, Horst Seehofer həm də “Xristian Sosialist İttifaqı” partiyasının rəhbəridir.

Bu partiya Merkelin “Xristian Demokrat İttifaqı” partiyası ilə alyans yaradıblar.

Ona görə də daxili işlər nazirinin istefası Almaniyadakı koalision hökumətin taleyini təhlükə altında qoyurdu.

Daxili işlər naziri Horst Seehofer Merkelin miqrasiya siyasətinə qarşıdır və qaçqın axınının qarşısını almaq üçün sərhədlərdə nəzarətin gücləndirilməsini tələb edir.

Qeyd edək ki, Avropa Birliyi liderləri iyunun 29-da, Brüsseldə 12 saatlıq gərgin danışıqlardan sonra miqrasiya siyasətində razılığa gəldilər.

BFoto arxiv
BFoto arxiv

Razılaşmaya əsasən hər bir Avropa ölkəsi qaçqınları ayırd etmək üçün öz ərazilərində xüsusi “nəzarət mərkəzləri” yaratmalıdırlar.

Qaçqınlar isə Avropa Birliyi ölkələrində əvvəlki kimi kvota ilə yox, könüllülük prinsipi ilə bölünəcək.

Bu, Giuseppe Conte-nin başçılıq etdiyi Yeni İtaliya hökuməti üçün qələbə deməkdir.

Qeyd edək ki, yeni İtaliya hökuməti bu yaxınlarda öz limanlarını dənizdə xilas edilən qaçqın gəmilərinin üzünə balayıb.

Bu məsələ Birliyin əsas üzvlərindən olan Fransanın ciddi narazılığıan səbəb olmuşdu.

Şimali Afrika və Yaxın Şərq ölkələrindəki hərbi münaqişələrə görə bir neçə ildir ki, Avropaya qaçqın axını gəlir.

Təkcə Almaniya 1 milyondan çox qaçqın qəbul edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG