Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Zelenskiy ilə görüşdə Merkelin sağlıq durumu narahatlığa səbəb olub (VIDEO)


Almaniya kansleri Angela Merkel (sağda) və Ukrayna prezidenti Volodymyr Zelenskiy
Almaniya kansleri Angela Merkel (sağda) və Ukrayna prezidenti Volodymyr Zelenskiy

Almaniya kansleri Angela Merkel Ukrayna prezidenti Volodymyr Zelenskiy ilə Berlində görüşərkən deyib ki, o Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılmasını dəstəkləyir.

İyunun 18-də birgə mətbuat konfransında danışan Merkel deyib ki, Rusiya üzərinə Krımın ilhaqına və Ukraynanın şərqindəki separatçı münaqişəyə görə qoyulmuş sanksiyalar Ukrayna suverenliyinin bərpasınadək davam etdirilməlidir:

"Bu istiqamətdə irəliləyiş əldə olunmasa, sanksiyalar qaldırıla bilməz, Krımla əlaqədar qoyulmuş sanksiyalar isə yalnız Krım Ukraynaya qaytarıldıqdan sonra qaldırıla bilər”.

Berlinə səfərindən əvvəl Zelenskiy Almaniyanın Bild qəzetinə demişdi ki, Rusiyaya qarşı sanksiyaların miqyası “genişləndirilməlidir”.

O bildirmişdi ki, sanksiyalar “işğal olunmuş ərazilərin azad olunması və Ukraynanın ərazi bütövlyünün bərpası üçün yeganə vasitədir”.

Zelenskiy əlavə etmişdi ki, sanksiyalar təsir göstərmirsə, onların miqyası genişləndirilməlidir.

Bu da xəbər verilir ki, Almaniyada Zelenskiy ilə görüşən Merkelin mərasimlərdən birində aşkar şəkildə titrədiyi görünürdü. Bu hadisə kanslerin sağlıq durumu ilə bağlı narahatlığa səbəb olub.

Daha sonra bu barədə suala cavab verərkən Merkel deyib ki, “mən üç stəkan su içdim, çünki görünür buna ehtiyacım vardı, amma indi yaxşıyam”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG