Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

Merkel hakim partiyanın sədrliyini sürəkli alqışlarla tərk edir


Angela Merkel qurultay nümayəndələrini salamlayır
Angela Merkel qurultay nümayəndələrini salamlayır

Almaniyada kansler Angela Merkelin hakim Xristian Demokrat İttifaqının qurultayında qatı katolik mühafizəkar siyasətçi Annegret Kramp-Karrenbauer partiyanın yeni sədri seçilib. Bu qurultayın əvvəlində Angela Merkel partiyanın liderliyindən getdiyini elan etmişdi.

Annegret Kramp-Karrenbauer
Annegret Kramp-Karrenbauer

Kramp-Karrenbauer liderlik uğrunda çox qızğın yarışda multimilyarder biznesmen Friedrich Merz-ə cəmi 25 səs fərqi ilə qalib gəlib.

Partiya daxilində “mini-Merkel” ayaması qazanmış Kramp-Karrenbauer qeyri-rəsmi olaraq Merkelin namizədi kimi tanınırdı və onun yeni partiya lideri seçilməsi o demədkir ki, Angela Merkel 2021-ci ildə başa çatan kanslerlik müddətini axıradək davam etdirə bilər.

***

Almaniya kansleri Angela Merkel dekabrın 7-də hakim Xristian Demokrat İttifaqı partiyasının rəhbərliyindən getdiyini bəyan edib.

İndi partiya potensial olaraq gələcək kansler ola biləcək yeni rəhbər seçməlidir.

XDİ-nin sədrliyi uğrunda yarışın iki irəlidə gedəni Annegret Kramp-Karrenbauer və Friedrich Merz-dir.

Kanslerin dəstəklədiyi Annegret Kramp-Karrenbauer-in sədr olarsa, Merkelin strategiyasını davam etdirəcəyi gözlənilir. Lakin digər namizəd, Friedrich Merz partiya daxilində Angela Merkelin qatı opponenti sayılır.O Merkelin miqrantlar üçün “açıq qapı” siyasətinə qarşı çıxır və Almaniyanın qitənin ən böyük iqtisadiyyatı kimi Avropa İttifaqına ehtiyacı olmadığını düşünür.

Merkel oktyabr ayında bəyan etmişdi ki, kansler vəzifəsində qalmaqda davam etsə də, XDİ-nin rəhbərliyini tərk edəcək.

64 yaşlı Merkel partiyasının Hamburqda keçirilən qurultayında etdiyi çox emosional çıxışda xristian-demokratlara ona 18 il müddətində lider olmaq imkanı verdiklərinə görə təşəkkürünü bildirib. O bunun 13 ilini Almaniya kansleri olub.

"Əziz dostlar biz habelə 2015-ci ildə çox sayda mühaciri, həm də nizamlı bir şəkildə ölkəyə qəbul etməklə humanitar böhranın öhdəsindən gəlmişik. Mən bir daha sizə Avropa İttifaqı ilə Türkiyə arasında bağlanmış sazişi xatırladıram”.

Merkel Avropa siyasi səhnəsinin əsas fiqurudur və böhranları çözən, konsensus yaradan siyasətçi kimi ad çıxarıb.

"İndi yeni səhifə açmaq zamanıdır. Bugün, bu saatda, bu anda məni bir duyğu bürüyüb: bu minnətdarlıq hissidir. Bu mənim üçün böyük bir səadət və şərəf olub”.

Onun qurultaydakı çıxışını partiya üzvləri 10 dəqiqə çəkən sürəkli alqışlarla qarşılayıblar.

Yeni XDİ liderini partiyanın 1001 nümayəndəsi bu gün az sonra seçəcək. Partiya 2021-ci ilin növbəti federal seçkisinə artıq yeni liderlə gedəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG