Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:46

Merkel və Macron Moskva və Kiyevi sülh səylərini artırmağa çağırırlar


Avqustun 28-də Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Macron Rusiya və Ukraynanı Donbas vilayətində atəşkəs barədə imzalanmış razılaşmanın tətbiqi istiqamətində addımlar atmağa çağırıblar.

Ukrayna və Rusiya tərəfindən dəstəklənən separatçılar arasında münaqişə Ukraynanın şərqində 2014-cü ildən başlanıb və bu qarşıdurmada inidyədək 10 min nəfər həlak olub.

2015-ci ildə Belarusun paytaxtı Minskdə razılaşdırılmış atəşkəs zorakılıqlara son qoymayıb və bu yaxınlarda toqquşmalar yenidən alovlanıb.

Almaniya və Fransanın tərəfləri Miinsk razılaşmasının icrasına sövq etmək cəhdləri nəticə verməyib.

Ötən həftə Merkel, Macron, Putin, habelə Ukrayna prezidenti Petro Poroşenko arasında təşkil edilmiş dördtərəfli telefon danışıqlarında sentyabrın 1-dək atəşkəs elan etmək barədə razılaşma əldə olunmuşdu.

Merkel və Macron bu razılaşmaya hələ də əməl edilməməsindən narahatlıq ifadə ediblər.

Onların birgə bəyanatında deyilir ki, “biz prezidentlər Putin və Poroşenkonu atəşkəs öhdəliyinə tam şəkildə hörmət etməyə və atəşkəsin bərqərar olunması üçün öz hərbçilrəinə konkret göstərişlər verməyə çağırırıq”.

Merkel və Macron deyiblər ki, atəşkəs hələ də tez-tez pozulur və bu zaman ağır silahlardan istifadə edilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG