Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:04

Merkel Lavrov və Gerasimovla görüşüb


Angela Merkel
Angela Merkel

Almaniya kansleri Angela Merkel iyulun 24-də Berlində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiya silahlı qüvvələri baş qərargahının rəisi Valery Gerasimovla görüşüb. Onlar bu görüşdə Ukrayna və Suriya münaqişələrini müzakirə ediblər.

Görüş barədə bəyanatda deyilir ki, müzakirələrdə Almaniyanın xarici işlər naziri Heiko Maas və Merkelin sözçüsü xanım Ulrike Demmer də iştirak ediblər.

Bəyanatda bildirilir ki, bu görüş barədə təşəbbüs ötən həftə Merkelin Rusiya prezidenti Putinlə telefon söhbəti zamanı qaldırılmışdı.

Demmer deyib ki, bu görüşdə Yaxın Şərqdəki vəziyyət, xüsusilə Suriyadakı durum və Ukraynanın şərqindəki münaqişə müzakirə olunub.

Rusiyanın Xarici İşlər Nazirliyi bildirir ki, bu görüşdə Suriyadakı qaçqınların yurdlarına qaytarılmasının mümkünlüyü müzakirə mövzusu olub.

Moskva Suriya münaqişəsində prezident Bashar al-Assad-ı dəstəkləyir.

Görüşdə habelə Ukrayna münaqişəsinə dair Minsk razılaşmalarının icrası istiqamətində “Normand çərçivəsində” aparılan işin gedişatı müzakirə olunub.

Normand dördlüyünə Almaniya, Fransa, Ukrayna və Rusiya daxildirlər.

XS
SM
MD
LG