Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

Merkel: ABŞ-ın İranla sazişdən çıxması dünya nizamını sarsıdır


Angela Merkel
Angela Merkel

Almaniya kansleri Angela Merkel mayın 11-də bəyan edib ki, Birləşmiş Ştatların İran nüvə sazişindən çıxmaq qərarı dünya nizamına etimadı sarsıdır.

Merkel deyib ki, İranın onun üzərindəki sanksiyaların qaldırılması müqabilində özünün nüvə fəaliyyətini məhdulaşdırmasını nəzərdə tutan bu saziş heç də kamil deyil, lakin sənəd BMT Təhlükəsizlik Şurasında təsdiq olunduğuna görə “birtərəfli qaydada dayandırıla” bilməz.

Almaniyanın Münster şəhərində sülhə həsr edilmiş katolik yığıncağında çıxış edən kansler deyib ki, bu sazişin hansı şəkildə saxlana biləcəyi İranla müzakirə olunmalı bir məsələdir.

Merkel mayın 11-də həmçinin Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətində sazişin necə saxlana biləcəyinə dair danışıqlar aparıb.

Almaniya kansleri ABŞ-ın İran sazişindən çıxması məsələsini Putinlə üzbəüz müzakirə etmək üçün mayın 18-də Moskvaya səfər edəcək. Bu barədə məlumatı Kreml müşavirlərindən Yuri Uşakov verib. O əlavə edib ki, Putin habelə mayın 14-də Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Yukiya Amano ilə Soçidə görüşəcək.

Müşavir bunu da bildirib ki, Moskva Tehranla intensiv təmaslara girərək onun sazişdə qalmasına çalışır.

İranla sazişi uzun müddətdən bəridir ki, tənqid edən Donald Trump ABŞ-ın razılaşmadan çıxması qərarını mayın 8-də elan edib.

İranla saziş 20 aylıq danışıqlardan sonra nəhayət 2015-ci ildə ABŞ, Almaniya, Britaniya, Çin, Rusiya və Fransa tərəfindən imzalanmışdı.

Bu arada Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini İran sazişi ilə bağlı vəziyyəti müzakirə etmək üçün mayın 15-də Brüsseldə Almaniya, Fransa və Britaniya xarici işlər nazirləri ilə görüşəcək.

Mayın 11-də verdiyi bəyanatla İranın xarici işlər naziri Mohammad Javad Zarif də bu danışıqlara qatılacağını bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG