Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:10

Merkel Türkiyəyə sərt xəbərdarlıq edir


Ənənəvi illik yay mətbuat konfransında çıxış edən Angela Merkel deyib ki, Türkiyənin Almaniya vətəndaşlarını məhbus etməsi iki ölkə arasında onsuz da mürəkkəb münasibətlərə daha ciddi zərbə vuracaq.

Xanım Merkel deyib: "Biz hələ hadisələrin necə inkişaf edəcəyini gözləyirik, amma indidən çox aydın şəkildə məhbus edilənlərin azadlığa buraxılmasına çağırırıq”.

Almaniya kansleri deyib ki, hazırda Türkiyə həbsxanalarında saxlanan bir neçə Almaniya vətəndaşının həbsini ədalətsiz sayır.

Merkel bildirib ki, məhz bu səbəbdən Berlin Ankaraya münasibətdə yeni siyasi xətt götürüb.

Almaniyalı-türk jurnalist Deniz Yücel terror təbliğatı ittihamı ilə fevral ayıbnda həbs edilib.

İyul ayında isə Türkiyə hakimiyyət orqanları Almaniya insan haqları müdafiəçisi Peter Steudtner və daha 9 nəfəri həbs edib. Onlar “terrorçu təşkilatların üzvü olmasalar da, bu qrupların adından cinayət törətməkdə ittiham edilirlər”.

Bu ayın əvvəllərində Türkiyə-Almaniya vətəndaşı, tanınmış yazıçı İspaniyada istirahətdə olarkən Türkiyənin İnterpol orderi əsasında həbs edilib. Doğan Akhanlı prezident Erdoğanın qatı tənqidçisi kimi tanınır.

İspaniya məhkəməsi daimi yaşayış yeri Almaniyanın Köln şəhəri olan yazıçını ölkədən çıxmamaq şərti ilə azadlığa buraxıb.

Bu hadisə ilə əlaqədar Almaniya hökuməti Türkiyəni beynəlxalq polis təşkilatı olan İnterpolun orderindən “Erdoğanın opponentlərinin ovlanması məqsədilə” sui-istifadədə ittiham edib.

Bu mətbuat konransında 90 dəqiqə çıxış edən Angela Merkel deyib ki, hazırda Almaniya-Türkiyə münasibətləri “çox mürəkkəb” fazasını yaşayır.

O əlavə edib ki, bu münasibətlərin yaxşılaşması üçün qanunun aliliyi prinsipinin bərpa edilməsi şərtdir.

“Biz Türkiyədə bunun baş verdiyini hələki görmürük” – deyib Merkel.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG