Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

Merkel tarixi antisovet aksiyasının ildönümünü təbrik edib


Angela Merkel
Angela Merkel

Almaniya kansleri Angela Merkel Baltikyanı respublikalarda yüzminlərlə insanın keçirdiyi tarixi etiraz aksiyasının 30-cu ildönümü münasibətilə təbriklərini bildirib.

O vaxt bir milyona yaxın insan üç keçmiş Baltikyanı respublikasında Sovet işğalına etiraz bildirmək üçün canlı zəncir yaratmışdı.

Avqustun 22-də Latviyanın paytaxtı Riqada keçirilən konfransa videobağlantı ilə müraciət edən Merkel “Baltıka zəncirini” “Şimali, Mərkəzi və Şərqi Avropanın azadlıq və demokratiyaya doğru təsirli və mühüm addımı” adlandırıb.

Bu etirazın 30-cu ildönümünə həsr edilmiş xatirə tədbirində Latviya prezidenti Egils Levits deyib ki, bu dinc aksiya “bizim Avropaya qayıdış yolumuz” idi.

1989-cu il, avqustun 23-də 1 milyon insan üç Baltikyanı respublikanın paytaxtlarını – Vilnüs, Riqa və Tallinni birləşdirən 675 kilometrlik canlı zəncir yaratmışdı.

Baltika zənciri, 1989
Baltika zənciri, 1989

O vaxt bu etiraz Sovet İttifaqı ilə nasist Almaniyası arasında imzalanmış Molotov-Ribbentrop paktının 50-ci ildönümünə həsr olunmuşdu.

Məhz bu paktin imzalanması 1940-cı ildə Sovet İttifaqının Baltikyanı dövlətləri işğal etməsinə yol açmışdı.

Bundan sonrakı onilliklərdə onminlərlə eston, latış və litvalı edam edilmiş, ya da Sibirin düşərgələrinə göndərilmişdi.

Merkel deyib ki, canlı zəncir insanların dinc vasitələrlə və birliklə nələrə nail ola biləcəyini nümayiş etdirir və bu “bütün avropalılar üçün nümunə” olmalıdır:

"Bugünədək bu insan zənciri Avropanın azadlıq tarixinin ən güclü təcəssümü olaraq qalır”.

AzadlıqRadiosu xəbər verir ki, Honq Konqda Baltik zəncirindən ilhamlanmış minlərlə etirazçı da avqustun 23-də bu ərazi boyunca bənzər aksiya keçirməyi planlaşdırır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG