Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:25

A.Merkel: “Ümid edirəm, alman fondları yenə Azərbaycanda işləyəcək”


İlham Əliyev və Angela Merkel, Berlin, 7 iyun, 2016
İlham Əliyev və Angela Merkel, Berlin, 7 iyun, 2016

►İlham Əliyev: “Azərbaycan demokratiya və insan haqları prinsipinə sadiqdir”

Almaniyada səfərdə olan prezident İlham Əliyev iyunun 7-də kansler Angela Merkel ilə görüşüb. Onlar görüşdən sonra mətbuat konfransı keçiriblər.

Prezident İlham Əliyev mətbuat konfransında əsas diqqəti Dağlıq Qarabağ münaqişəsinə yönəldib.

APA-nın xəbərinə görə, ölkə başçısı deyib ki, Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə əsasında, sülh yolu ilə həllinə tərəfdardır.

““Status kvo" dəyişməlidir. ATƏT-in Minsk qrupu həmsədrləri və bu ölkələrin prezidentləri də "status-kvo"nun qəbuledilməz olduğunu elan ediblər. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir”, İlham Əliyev deyib.

A. Merkellə görüşdə Azərbaycandakı siyasi vəziyyəti də müzakirə etdiklərini deyən prezident mətbuat konfransında insan hüquq və azadlıqlarının durumuna da toxunub. O, deyib ki, Azərbaycan demokratiya və insan haqları prinsipinə sadiqdir.

“Bu məsələlərin inkişafı üçün, o cümlədən sərbəst toplaşma, ifadə azadlığı sahəsində bir sıra addımlar atılıb. Azərbaycanda internet azaddır. Həmçinin, ölkəmizdə din və etiqad azadlığı mövcuddur. Bu il Azərbaycanda "Multikulturalizm ili" elan edilib. Azərbaycanda müxtəlif dinlər harmoniyada yaşayır ”, İ.Əliyev bildirib.

“Rusiya Azərbaycanla qonşu, dost ölkədir”

Prezident Almaniya ilə Azərbaycan arasında aktiv siyasi dialoqun mövcud olduğunu vurğulayaraq kansler ilə enerji təhlükəsizliyi məsələsini də müzakirə etdiyini bildirib. A.Merkelə Azərbaycandan keçməklə, Avropa və Asiyanı birləşdirəcək nəqliyyat xətti barədə məlumat verdiyini deyən ölkə başçısı Rusiya ilə münasibətlərdən də bəhs edib.

“Rusiya Azərbaycanla qonşu, dost ölkədir. Rusiya ilə yaxşı, konstruktiv münasibətlərimiz mövcuddur. Rusiyanı strateji tərəfdaş hesab edirik. Rusiyanın da Azərbaycana münasibəti eynidir. Rusiyanın Ermənistana silah satması Azərbaycanda allergiyaya səbəb olmur. Lakin bu, Ermənistanda allergiya doğurur” - deyən prezident Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olduğunu, bu ölkənin rolunu pozitiv qiymətləndirdiyini ifadə edib.

Merkel: “Ümid edirəm ki, alman fondları yenidən Azərbaycanda işləyəcək”

Mətbuat konfransında çıxış edən A.Merkel də Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya amilinə toxunub.

“Şübhəsiz ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində həlledici rol oynayır. Biz burada Minsk qrupu olaraq Rusiya hökumətini, habelə ABŞ və Fransa hökumətlərini dəstəkləmək üçün öz əlaqələrimizdən istifadə edəcəyik”, A.Merkel deyib.

Kansler Azərbaycandakı sosial duruma da diqqət ayırdıqlarını ifadə edib:

“Ümid edirəm ki, alman fondları yenidən Azərbaycanda işləyəcək. Aprelin əvvəllərində atəşkəsin pozulmasının şahidi olduq. Münaqişənin diplomatik və sülh yolu ilə həllini istəyirik. Düşünürəm ki, tərəflər danışıqlar masası arxasında əyləşməlidir. Biz təkcə həmsədrlərin deyil, bütün Minsk qrupunun bu prosesdə fəal iştirakını dəstəkləyirik ”.

Buna da bax: Merkel 6-cı dəfə 1-ci qadın oldu

Merkel 6-cı dəfə 1-ci qadın oldu
Gözlə

No media source currently available

0:00 0:00:42 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG