►Adətən divarlar insanları bölür. Amma həmişə yox...
İranda fəallar divarlardan insanları birləşdirmək üçün istifadə edir.
Onlar ölkənin azı üç şəhərində divarlara asılqanlar və işarələr bərkidərək insanları işlətmədikləri paltarlarını ehtiyacı olanların istifadə edə bilməsi üçün buradan asmağa dəvət edirlər.
Divara vurulmuş elanlardan birində deyilir:
“Əgər sizə paltar lazımdırsa, ehtiyacınıza görə götürün. Əgər evdə lazım olmayan paltarınız varsa, onu buradan asın.”
İran əhalisi bu divarlara “mərhəmət divarı” adı verib.
Bütün divarlarda “Yaxşılıq et, çünki Allah sənə yaxşı olub” yazısı yazılıb.
Öz şəhərində bu işin təşəbbüskarı olan, adının gizli qalmasını istəyən kişi gündəlik “Həmşəri” qəzetinə deyib ki, o, Gilandakı oxşar divarların şəkillərini görüb və Tehranda insanların küçədə soyuducu qoyaraq içinə ehtiyacı olanlar üçün yemək qoyması barədə eşidib. Bundan sonra o öz şəxsi əmlakının bir divarını “mərhəmət divarına çevirib.
Buna da bax: Bakıda Yeni il ovqatı- [Fotolar]
O deyir ki, bir nəfərin kimyəvi təmizləmədən təzəcə gətirdiyi iki dəst təzə kostyumu bu divardan asdığını görüb.
İran iqtisadiyyatının bir neçə il ərzində böhran yaşadığı, nəticədə ölkədə işsizlik səviyyəsinin 10%-ə çatdığı bildirilir. Gənclər arasında işsizlik səviyyəsi 20%-dən də çoxdur.
Məşhədli kişi deyir ki, o sosial mediadan istifadə edərək insanları az-az paltar gətirməyə dəvət edib. O istəyir ki, divara yaxınlaşan yoxsullar bilsinlər ki, bura nə vaxt gəlsələr, paltar tapacaqlar.
Sosial şəbəkə saytları və mesajlaşma əlavələrinin, o cümlədən populyar Telegram əlavəsinin “mərhəmət divarları” barədə xəbəri insanlar arasında yaymaqda əsas rolu oynadığı deyilir.
Belə divarların olduğu şəhərlər arasında Sircan və Şiraz da var.