Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:46

Qdanks meri aldığı bıçaq yaralarından vəfat edib


Pawel Adamowicz yanvarın 13-də hücuma məruz qaldığı gün
Pawel Adamowicz yanvarın 13-də hücuma məruz qaldığı gün

Polşanın şimalındakı Qdansk şəhərinin meri Pawel Adamowicz burada keçirilən bir xeyriyyə tədbirinin səhnəsində aldığı bıçaq yaralarından ölüb.

Adamowicz yanvarın 14-də ona bir gün əvvəl bıçaqla edilmiş hücumdam sonra saatlarla ağır vəziyyətdə idi.

Bu hücum zamanı Adamowicz ürəyindən, döş qəfəsindən və qarın boşluğundan dərin yaralar almış, bunun ardınca beş saat müddətində cərrahiyyə əməliyyatı edilmişdi.

27 yaşlı şübhəli hadisə yerində yaxalanıb və onun məhkumluğu olduğu deyilir.

“Göylərə işıq saçaq” adlı xeyriyyə tədbirində çəkilmiş videoda bir adamın mikrofonu qapdığı və bundan əvvəlki mərkəz-solçu Vətəndaş Platforması partiyasının hökuməti zamanı yanlış olaraq həbsxana cəzası aldığını, habelə işgəncəyə məruz qaldığını söyləməsi görünür.

Adamowicz bu Baltik dənizi portunda artıq iki onillik idi ki, mer idi və onun bu posta təkrar seçilməsini Vətəndaş Platforması təşkilatı dəstəkləmişdi.

Avropa Şurasının prezidenti, Polşanın keçmiş baş naziri, habelə sözü gedən Vətəndaş Platforması partiyasının qurucularından biri Donalıd Tusk bundan əvvəl Twitter-də hamını mer Adamowicz üçün dua etməyə çağırmışdı.

Lech Walesa-nın rəhbərlik etdiyi Həmrəylik həmkarlar təşkilatının əsası 1980-ci ildə məhz bu şəhərdəki gəmi tərsanəsində qoyulub. Həmrəylik Polşada kommunist üsul-idarəsinin devrilməsində əsas rol oynayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG