Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

30 nəfərdən yalnız biri arzusuna çata bilib


Hökumətdən Aşura xəbərdarlığı - təxribat ola bilər?
Gözlə

No media source currently available

0:00 0:15:20 0:00

Hökumətdən Aşura xəbərdarlığı - təxribat ola bilər?

Güzəştli şərtlər mənzil almaq istəyən hər 30 nəfərdən yalnız biri bu arzusuna nail ola bilib. Noyabrın 5-də hökumətin bu cür mənzillər üçün təşkil etdiyi ilk satışda 9 min 500 nəfər iştirak edib. Onlardan yalnız 324 nəfəri mənzi ala bilib.

Əvvəlcə satış səhər saat 11-ə təyin edilib. Lakin texniki problemlərə görə günorta saat 3-ə dəyişdirilib. Satışın başa çatması elan ediləndən dərhal sonra bəzi iddiaçılar Mənzil İnşaat Dövlət Agentliyinə yollanıb, etiraz ediblər. Nəticələrin ləğv olunmasını tələb ediblər:

"Necə oldu ki, sistem işləmədiyi halda satışlar başa çatdı?".

"Bir dəfə də belə olmuşdu. Burada nəsə fırıldaq var"

"Mən bütün dövlət qurumlarına üzümü tuturam, xahiş edirəm ki, gəlib bu Agentliyin işini araşdırsınlar. Onlar qeyri-rəsmi sövdələşmə əsasında mənzilləri satıblar".

Etirazçılar bildirirlər ki, satış prosesi şəffaf keçirilməyib. Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Diana Dadaşova deyir ki, 9 min 500 nəfərdən 324-ü mənzil ala bilibsə, şikayətlər qaçılmazdır. Agentliyinin saytında isə bildirilir ki, satış prosesi tam şəffaf baş tutub:

“Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında yerləşən 324 mənzilin seçimi uğurla başa çatdırıdı. Vətəndaşların real vaxt rejimində mənzilləri bərabər şəraitdə seçim imkanı olub”.

Mənzil İnşaatı Dövlət Agentliyi öz sistemində hər hansı problem olmadığını bildirsə də bir çox iddiaçılar sosial şəbəkələrdə sistemin işləmədiyini göstərən foto və videolar yayıblar.

Sosial İqtisadi İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti gözləntiləri doğrultmadı. Onun fikrincə, xidmətin keyfiyyəti aşağı olub, güzəştli mənzilləri almaq istəyənlərin sistemə daxil olmasında problemlər yaşanıb. Onun fikrincə, sentyabrın 5-də keçirilən proses vətəndaşlarda sosial mənzillərin şəffaf satışına etimadı itirdi:

“Sistem aktivləşəndə isə artıq satışın bitdiyi, tamamlandığı haqda məlumatlar gəldi. Bu da o deməkdir ki, əslində Mənzil İnşaatı Dövlət Agentiyinin əsas prinsipi olan bərabər şəraitlər altında, şəffaf satış keçirilmədi. Haqlı olaraq, narazılıqlar yarandı. İnsanlar düşünürlər ki, satış qeyri-rəsmi sövdələşmələrlə aparılır. Satış üçün aparılan işlər isə sadəcə imitasiyadır”.

Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Diana Dadaşova səslənən iddialların heç bir əsası yoxdur. Sosial evlərin tikintisi ilə məşğul olan Mənzil İnşaatı Dövlət Agentliyi 2016-cı ildə yaradılıb. Əsasnaməsinə görə, qurumun başlıca hədəfi vətəndaşların güzəştli mənzil əldə etmələrinə şərait yaratmaqdır. Agentliyin tikdiyi Yasamal Yaşayış Kompleksi 29 binasından ibarətdir. Kompleksin bütün mühəndislik infrastrukturu dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına qurulub.

Ötən ilin dekabrında agentlik Hövsanda 11 binanın tikintisinə başlayıb.

Güzəştli mənzillərin ilk satı mayın 7-də başlanmış, ancaq nəticələri ləğv edilmişdi. Həmin vaxt bəzi insanlar prosesdə şəffaflığın olmadığını, mənzillərin elektron sistemdə satış başlamazdan öncə kimlərəsə satıldığı bildirmişdilər. Ancaq MİDA açıqlamışdı ki, vətəndaşların satış prosesinin aparıldığı «Elektron hökumət» portalına daxil olmasında ciddi problemlər yaranıb.

MİDA 5 binada 324 hazır, tam təmirli, mətbəx mebeli və isitmə sistemi olan 1-3 otaqlı mənzilləri satışa çıxarıb. Yalnız «Güzəştli mənzil» sistemində elektron kabinetə sahib olan vətəndaşlar mənzil almaq hüququna malikdir.

MİDA-nın təklif etdiyi 1-otaqlı mənzillərin qiyməti 29 min 925, 2-otaqlılar 47 min 282, 3-otaqlıların qiyməti isə 65 min 626 manatdan başlayır. MİDA-nın təklif etdiyi 1-otaqlı mənzillərin qiyməti 29 min 925, 2-otaqlılar 47 min 282, 3-otaqlıların qiyməti isə 65 min 626 manatdan başlayır.Vətəndaşlar mənzilləri 10 faiz ilkin ödənişlə, illik 4 faiz güzəştli kreditlə ala bilərlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG