Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:32

Futbolçunu aldadanlara 23 il həbs


İllüstrasiya
İllüstrasiya

Mənzil satmaq adıyla 52 nəfəri, o cümlədən futbol üzrə Azərbaycan yığma komandasının futbolçusu Rahid Əmirquliyevi aldatmaqda ittiham edilən iki nəfərə 23 il həbs cəzası verilib.

Cəzalandırılanlar “Bakı” Mənzil-Tikinti Kooperativinin rəhbəri Ruhin Əsgərov və Emil Məhərrəmovdur.

Onlara yanvarın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əhməd Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası hökm oxuyub. Hökmə əsasən, Emil Məhərrəmov 14, Ruhin Əsgərov isə 9 il azadlıqdan məhrum edilib.

Onlar “Bakı”nın Yeni Yasamal ərazisində inşa etdiyi binadakı eyni mənzilləri təkrar başqa adamlara satmaqda təqsirli biliniblər. Mənzil almaq adıyla aldadılan vətəndaşlara dəymiş ümumi ziyan 3 milyon manatdır.

Bu iş üzrə daha iki nəfərin də mühakiməsi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Bunlar Çingiz Bağırov və Eynur Xudiyevdir.

Zərərçəkənlərdən futbolçu Rahid Əmirquliyev deyir ki, “Bakı”nın binalarında iki mənzil alıb, hər ikisinin də pulunu tam ödəyib – təxminən 150 min manat.

XS
SM
MD
LG