Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:15

Senator Menendez Qarabağ ermənilərinin müdafiəsinə qalxır


Bob Menendez
Bob Menendez

ABŞ Senatı Xarici Əlaqələr Komitəsinin vəzifəli üzvü Bob Menendez Dağlıq Qarabağda atəşkəs barədə razılaşma əldə edildikdən sonra bəyanat yayıb:

“Bu, etnik ermənilər üçün hər yerdə faciəli andır. Bu həftənin əvvəlində imzalanmış razılaşma Rusiya, Türkiyə və Azərbaycanı Cənubi Qafqazda gücləndirmiş olub və regionu qarşıdan gələn illərdə qarışdıra bilər”.

Menendez bu bəyanatında Tramp administrasiyası rəsmilərini bu münaqişəyə dair müzakirələrdə olmamaqda ittiham edib.

Onun sözlərinə görə, indiyədək “prezidentlər Əliyev və Erdoğan tərəfindən qəddar zorakılıq görən erməni xalqının taleyi indi Putinin göndərdiyi sülhməramlılardan asılıdır”.

Menendez bildirir ki, Birləşmiş Ştatlar bu regiondakı məsələlərlə ciddi məşğul olmalıdır.

Onun fikrincə ABŞ bu məsələ ilə “üç avtoritarın” deyil, ATƏT-in Minsk qrupunun məşğul olmasına nail olmalıdır.

Yenə 907-ci maddəyə düzəliş

Senator bildirir ki, ABŞ təcili qaydada Türkiyə və Azərbaycana müdafiə yardımı nəzərdə tutan qanun maddələrini ləğv etməlidir.

O habelə administrasiyanı Azərbaycana qarşı 907-ci maddəyə düzəlişin tətbiqinə çağırır.

Menendez bildirir ki, ABŞ-ın Azərbaycana təhlükəsizlik yardımları Trump administrasiyası dövründə kəskin artıb:

“Məhz buna görə də mən Senata dövlət katibi Maykl Pompeodan Azərbaycan və Türkiyədə insan haqlarının pozulmasına dair hesabat verməsini tələb edən iki layihə təklif etmişəm...Əgər Tramp administrasiyası hərəkət etməkdən imtina edərsə, bu qətnamələrdən istənilən an Azərbaycan və Türkiyəyə yardım və silah transferinin dayandırılması üçün istifadə edilə bilər”.

Senator Menedez habelə Dağlıq Qarabağda son döyüşlər nəticəsində qaçqın düşmüş ermənilərə humanitar yardımın göstərilməsinə çağırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG