Keçid linkləri

2018, 20 Yanvar, şənbə, Bakı vaxtı 21:31

Ekspert: 'Azərbaycanda məmur yaxınlarına hər yerdə yaşıl işıq var' [video]


Azərbaycanda xüsusi imtiyazları, himayədarları olan biznesmenlər varmı?

Bəzi jurnalist araşdırmaları deyir ki, var və bu biznesmenlərin himayəsi elə ailədən gəlir - məmur övladlarıdır.

İşadamı və keçmiş deputat Nazim Bəydəmirlinin atası məmur deyil. Deyir ki, Azərbaycanda bizneslə məşğul olmaq ona çətindir. Məmurlara yaxın şəxslər rəqabət mühiti olmadığı üçün dövlət tenderlərini asanlıqla udur, güzəştli kreditlər alır, hər cür imtiyazlardan yararlanır, onlara hər yerdə yaşıl işıq var.

Nazim Məmmədov
Nazim Məmmədov

Buna da bax: Azercell-də prezident qızlarının payı

"Mən o tenderlərdə iştirak etməmişəm. O tenderlərin əvvəlcədən qalibi məlum olur, tender təşkilatlarının rəhbərlərinin xırda toplantısında, qapalı məkanda onlar məlum olur".

İşadamı deyir ki, hətta ölkədə monopoliya onu elə həddə çatdırıb ki, biznesini başqa ölkəyə köçürməyə məcbur olub.

Buna da bax: Xədicə İsmayılın araşdırmaları

Jurnalist araşdırmaları həm də prezident İlham Əliyevin övladlarının müxtəlif bizneslərdə paylarının olduğunu üzə çıxarıb. Gənc Əliyevlərin adları qızıl mədənləri, banklar, telekommunikasiya şirkətinin sahibliyində hallanır.

Buna da bax: Prezident ailəsinin biznesi…

2015-ci ildə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika təşkilatı üzə çıxarmışdı ki, prezident İlham Əliyevin ailəsinə bağlı olan 8 bank ölkə bank sektorunun təqribən 20 faizini əhatə edir. Bu məlumatı prezident administrasiyası təkzib etməyib.

Keçən ilin avqustunda AzadlıqRadiosu-nun əməkdaşı Hafiz Babalının araşdırması üzə çıxarıb ki, Naxçıvanda dövlət sifarişi ilə həyata keçirilən əksər tikinti layihələrini «Gəmiqaya Yol-Su Enerji» MMC həyata keçirib. Araşdırmada deyilir ki, bu şirkətin sahibi muxtar respublikanın Milli Məclisinin sədri Vasif Talıbovun oğlu Rza Talıbovdur. Onun şirkəti Biləv Su Elektrik Stansiyasını inşa edib, Naxçıvan-Sədərək avtomobil yolunu və Naxçıvan şəhərinin su-kanalizasiya sistemini yenidən qurub, başqa bir neçə infrastruktur layihələrini icra edib. Amma seçimin nədən onun üzərinə düşdüyünü rəsmi qurumlar açıqlamır.

Buna da bax: Vasif Talıbovun oğlunun şirkəti büdcə sifarişlərini müsabiqəsiz qazanır

Azərbaycan hər il Formula 1 yarışlarını keçirmək barədə öhdəlik götürüb. Keçən il bir araşdırma üzə çıxarıb ki, dövlət büdcəsinə on milyonlarla dollar vəsaitə başa gələn «Formula 1» Avropa Qran-prisinin Bakının mərkəzində təşkil olunması gənclər və idman nazirinin Londonda yaşayan 30 yaşlı oğlu Arif Rəhimova həvalə olunub.

Buna da bax:​ İdman nazirinin oğlu olsaydınız... [formula-1 araşdırması]

Keçən ilki başqa bir araşdırmada əkin sahələri üçün dövlət büdcəsindən subsidiya alan iki nəfərin adı çəkilir: Qalina Mehdiyeva Teymur Mehdiyev.

Qalina Mehdiyeva Yuryevna
Qalina Mehdiyeva Yuryevna

Buna da bax: Qızıl üstündə yaşayan gədəbəylilər…

Bu adlar Prezidentin icra aparatının rəhbəri Ramiz Mehdiyevin xanımı - Qalina Yuryevna Mehdiyeva və onun oğlu, fövqəladə hallar nazirinin müavini, general-mayor Teymur Mehdiyevin adları ilə uyğun gəlir.

Bakı sakinləri nə düşünürlər? Məmurlar övladlarının biznesi barədə fikirləri nədir? Sorğunu izləyin:

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Təşkilatı, OCCRP-nin əməkdaşı Paul Radu deyir ki, onların Azərbaycanla bağlı araşdırmalardan belə məlum olur ki, Azərbaycan məmurları əldə imkan varkən xalqın pulu hesabına hər vəchlə övladlarının gələcəyini təmin etməyə çalışırlar:

Paul Radu
Paul Radu

Buna da bax: Prezident ailəsinin qızıl biznesində iflas - ziyanı vətəndaş ödəyir - [araşdırma]

"Azərbaycan barədə ilk araşdırmalarımız prezident İlham Əliyevin qızları və xanımının adının çəkildiyi şirkətlər barədə oldu. Rəhbərlərin ailələri hər yerdədir-övladlar, bacı-qardaş uşaqları... Azərbaycan hakimiyyəti üçün sanki bu bir xəstəlikdir. “Panama papers” də biz məmurların qardaşı bacısı uşaqlarının da şirkətlərin benefisiarları arasında tapdıq. Ailə zənciri qururlar".

BMT Korrupsiya ilə Mübarizə Konvensiyasında nepotizm-qohumbazlıq korrupsiyanın bir növü sayılır. Bir çox ölkələrdə buna görə ağır cəza tətbiq olunur.

Buna da bax:​ Ramiz Mehdiyevin xanımı da dövlətdən yardım alır? [araşdırma]

Hakimiyyət rəsmiləri isə ölkədə korrupsiya ilə yetərincə mübarizə aparıldığını bildirir. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev ötən il mediaya deyib ki, Azərbaycanda korrupsiyaya qarşı möhkəm siyasi iradə var.

Günün bütün mövzuları

XS
SM
MD
LG