Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:20

Nobel mükafatçısı Memorial-ın rəhbəri dindirilib


Oleq Orlov, 21 mart, 2023-cü il
Oleq Orlov, 21 mart, 2023-cü il

Moskvada likvidasiya olunmuş Memorial İnsan Haqları Mərkəzinin rəhbərinə qarşı təhqiqat başlanıb. Oleq Orlovun Ukraynanı işğal etməkdə olan Rusiya qüvvələrini nüfuzdan saldığı iddia olunur. Məlumatı qrup martın 21-də yayıb.

Memorial-ın məlumatına görə, Orlovun evində polis axtarış aparandan sonra o, dindirilmək üçün saxlanıb. Dindirilmədən sonra buraxılsa da, Moskvanı tərk etməmək tapşırılıb.

Orlova ittiham verilib-verilməyəcəyi bəlli deyil.

Əməkdaşlar da dindiriliblər

Dünən polis Memorial-ın azı 10 əməkdaşının evində başqa bir cinayət işi çərçivəsində axtarış aparıb. Polisin məlumatına görə, axtarışlar martın 3-də açılmış “nasizmin reabilitasiyası” işilə əlaqədar olub.

Polis həmin işin “Rusiya Veteranları” təşkilatının Memorial-ı ittiham etməsindən sonra açıldığını bildirib. Təşkilat iddia edir ki, Memorial-ın İosif Stalin repressiyası qurbanları siyahısına saldığı 20 nəfər sovet rejimi tərəfindən 1940-cı illərdə işğalçı nasist qüvvələri ilə əməkdaşlığa görə təqib olunub.

Axtarışlardan sonra Memorial əməkdaşları da iş üzrə şahid qismində dindirilmək üçün saxlanılıblar.

Fəalların dediyinə görə, Memorial-ın 64-yaşlı aparıcı üzvü Yan Raçinski dindirilmədən öncə bir neçə saat polis maşınında saxlanıb.

Təşkilat niyə bağlanıb

Memorial İnsan Haqları Mərkəzi 2021-ci il dekabrın sonunda Moskva məhkəməsinin qərarıyla bağlanıb. Prokurorlar ölkənin ən tanınmış insan haqları təşkilatlarından birini “xarici agentlər” qanununu pozmaqda ittiham edib.

Həmin vaxt Ali Məhkəmə paralel açılmış iş üzrə qərar çıxarıb ki, bir sıra regional filiallar və Memorial Mərkəzinin çətir təşkilatı olan “Memorial International” eyni ittihamla qapadılsın.

Memorial və tərəfdarları Rusiya hakimiyyətinin bu addımını siyasi motivli adlandırıblar.

Ötən il Memorial həbsdə olan belaruslu dissident Ales Byalyatski və Ukraynanın Mülki Azadlıqlar Mərkəzi ilə birlikdə Nobel Sülh Mükafatına layiq görülüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG