Saytın bloklandığı yerlərdə belə bu səhifəni açan link
Məmməd İbrahim
►""UZİ" aparatından keçirildim, məlum oldu ki, böyrəklərimdə də ciddi problem yaranıb"
"Mən beş aydır insana yaraşmayan şəraitdəyəm. 16 nəfərlik kamerada bəzən 26 nəfər saxlanılır. Onların da azı, 20 nəfəri siqaret çəkənlərdir. Havasız, pəncərəsiz kamerada belə bir vəziyyətdə siqaret çəkməyən adamın halını təsəvvür edirsinizmi?!"
Bunu AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahim məhkəmədə çıxış edərkən deyib. O bildirib ki, səhhətində ciddi problemlər var və saxlanıldığı Şüvəlan təcridxanasının rəhbərliyi də bundan xəbərdardır:
"Təcridxanaya həkim dəvət olundu, problemləri o da təsdiqlədi. Gözümdə tutulma var. "UZİ" aparatından keçirildim, məlum oldu ki, böyrəklərimdə də ciddi problem yaranıb".
Fevralın 29-da Hərimanov Rayon Məhkəməsində keçirilən iclasda Məmməd İbrahimin həbsinə səbəb olan davanın şahidlərindən Anar İsmayılov dindirilib. O bildirib ki, Məmməd İbrahim hazırda iş üzrə zərərçəkmiş qismində tanınan Mikayıl Quliyevə yaxınlaşıb və sosial şəbəkələrdə onu niyə təhqir etdiyini soruşub. Şahidin sözlərinə görə, bundan sonra Mikayıl Quliyev ona hücum edib, ünvanına nalayiq ifadələr səsləndirib. Həmin vaxt hadisə yerində olan Vüqar Abbasov, Aqşin Haqverdiyev Mikayıl Quliyevin qarşısını kəsib.
"TORBA TİKMƏK TƏCRÜBƏSİ"
Sonradan işə zərərçəkmiş qismində qoşulan, yoldan keçəndə dalaşanları görüb onları ayırmaq istərkən xəsarət aldığını, təhqir olunduğunu iddia edən Oruc Vəliyev və Məhəmməd Qurbanova gəlincə, Anar İsmayılov bildirib ki, hadisə yerində, ümumiyyətlə, belə adamlar olmayıb.
Mikayıl Quliyevin xəsarət alması barədə rəy vermiş ekspert Sirac Dadaşov da əlavə şahid qismində dindirilib. Vəkil Yalçın İmanovun ona ünvanladığı suallardan məlum olub ki, istintaq orqanı təkbaşına ekspertiza keçirilməsi barədə qərar versə də, Sirac Dadaşov bu prosesə başqa bir mütəxəssisi də qoşub və Mikayıl Quliyevi onun yanına göndərib. Verdiyi rəydə də həmin mütəxəssisin gəldiyi nəticəyə əsaslanıb. Amma iş materiallarında nə o şəxsin rəyi, nə də imzası var. Bu da mübahisəyə səbəb olub.
Vəkil Yalçın İmanovun "Hansı hüquqi əsasla başqa mütəxəssisin rəyini öz rəyinizə əlavə eləmisiz?" sualına ekspert belə cavab verib: "Görünür, sizin təcrübəniz yoxdur, ona görə bilmirsiz".
Buna Yalçın İmanovun da cavabı özünəməxsus olub: "Bəli, torba tikməkdə təcrübəmiz yoxdur".
“SƏNƏ NİYƏ İNANMALIYAM?”
Məmməd İbrahim də ekspertə etirazını bildirib:
"Hanı o adamın imzası, rəyi? Bəlkə sən öz rəyində onun adından yalan yazmısan, sənə niyə inanmalıyam? Sənin yalan rəyinə görə mən beş aydır ki, həbsdəyəm".
Yalçın İmanov
Daha sonra Yalçın İmanov Məmməd İbrahim barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqda vəsatət qaldırıb:
"İttiham tərəfin bütün şahidləri dindirildi. Məmməd İbrahim azadlıqda olarsa, şahidlərə təsir göstərə biləcəyinə dair ittiham tərəfin son bəhanəsi də aradan qalxdı. Məmməd İbrahimin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün kifayət qədər prosessual əsaslar var. Bu gün onun həbsinin beş ayı tamam olur. Onun ittiham olunduğu maddə də az ağır cinayətlər kateqoriyasına aiddir. Məhkəmələr də, adətən, bu maddə ilə təqsirləndirilən şəxslər barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçir. Üstəlik, onun səhhətində də problemlər var. Azərbaycan vətəndaşının məhrumiyyətlərindən zövq almaq, bilmirəm, nəyin göstəricisidir".
VƏSATƏT TƏMİN OLUNMUR
Məmməd İbrahim də vəkilinin vəsatətini müdafiə edib və səhhətindəki problemlərdən, saxlanma şəraitindən danışıb. Hakim Turqay Hüseynov vəsatəti təmin etməyib.
Məhkəmə prosesi martın 7-də davam edəcək.
Məmməd İbrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında sentyabrın 30-da həbs olunub. Mikayıl Quliyevi vurmaqda ittiham olunan Məmməd İbrahimə CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Bir müddət sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. Bundan sonra Məmməd İbrahimə ittiham maddəsi ağırlaşdırılıb və CM-in 221.2.2-ci maddəsinə tövsif olunub. Bu maddə iki ilədək islah işləri və ya beş ilədək həbs cəzası nəzərdə tutur.
Məmməd İbrahim ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.
Buna da bax: Tbilisinin küçə uşaqları. Azərbaycandan da var- [Fotolar]
Tbilisinin küçə uşaqları. Azərbaycandan da var
1/15Balaca Xanıma Tbilisidə - Pekin prospektində tez-tez rast gəlinir. Keçib gedəndən pul dilənir. Qohum-əqrəbası Azərbaycandan olan kürdlərdir.
2000-ci illərin ortalarından Gürcüstan hakimiyyəti sosial-iqtisadi islahatlara başlayıb. Gündəlikdə duran məsələlərdən biri evsiz və yetim uşaqlarla bağlı olub. Müəyyən uğur əldə edilsə də, ölkədə hələ də küçələrdə çoxlu sayda kimsəsiz uşaqlara rast gəlinir. Onnik Jeyms Krikoryanın fotolayihəsi
Saytın bloklandığı yerlərdə belə bu səhifəni açan link
2/15Mövcüd stereotipə görə, kimsəsiz uşaqlar adətən etnik azlıqların ailələrindən olan uşaqlardır. Amma Karitas xeyriyyə təşkilatının məlumatına görə, Gürcüstanda sahibsizlər arasında milli azlıqlardan olanlar 50 faiz təşkil edir. Son illər küçələrdə daha çox Azərbaycandan olan kürdlərə rast gəlinir.
2000-ci illərin ortalarından Gürcüstan hakimiyyəti sosial-iqtisadi islahatlara başlayıb. Gündəlikdə duran məsələlərdən biri evsiz və yetim uşaqlarla bağlı olub. Müəyyən uğur əldə edilsə də, ölkədə hələ də küçələrdə çoxlu sayda kimsəsiz uşaqlara rast gəlinir. Onnik Jeyms Krikoryanın fotolayihəsi
Saytın bloklandığı yerlərdə belə bu səhifəni açan link
3/15UNICEF sahibsiz uşaqları 3 yerə bölür: ailələrindən qaçmış uşaqlar, ailələri ilə birlikdə küçələrdə yaşayan uşaqlar və əksər vaxtını küçələrdə dilənməklə keçirən uşaqlar. Bütün dünyada olduğu kimi Gürcüstanda da hər üç təbəqəyə rast gəlmək olur, amma üçüncülər çoxluq təşkil edir.
2000-ci illərin ortalarından Gürcüstan hakimiyyəti sosial-iqtisadi islahatlara başlayıb. Gündəlikdə duran məsələlərdən biri evsiz və yetim uşaqlarla bağlı olub. Müəyyən uğur əldə edilsə də, ölkədə hələ də küçələrdə çoxlu sayda kimsəsiz uşaqlara rast gəlinir. Onnik Jeyms Krikoryanın fotolayihəsi
Saytın bloklandığı yerlərdə belə bu səhifəni açan link
4/15Əksər hallarda polis bu cür uşaqlara qarşı hər hansı ölçü götürmür. Amma yaxın gələcəkdə bu, dəyişə bilər. 2016-cı ilin yanvarında Gürcüstanın ədliyyə naziri Tea Chulukian küçələrdə yaşayan və işləyən uşaqları qoruyacaq yeni qanunun tətbiq olunacağını deyib.
2000-ci illərin ortalarından Gürcüstan hakimiyyəti sosial-iqtisadi islahatlara başlayıb. Gündəlikdə duran məsələlərdən biri evsiz və yetim uşaqlarla bağlı olub. Müəyyən uğur əldə edilsə də, ölkədə hələ də küçələrdə çoxlu sayda kimsəsiz uşaqlara rast gəlinir. Onnik Jeyms Krikoryanın fotolayihəsi
Saytın bloklandığı yerlərdə belə bu səhifəni açan link
5/152000-ci illərin ortalarında Gürcüstan sosial-iqtisadi islahatlara başlayan zaman uşaq internatlarının qəyyumluğun alternativ formaları ilə əvəzlənməsi planlaşdırılırdı. Fotoda Kutaisi şəhərində hələ SSSR dönəmində tikilmiş uşaq internatıdır. hazırda bu internat bağlıdır.
2000-ci illərin ortalarından Gürcüstan hakimiyyəti sosial-iqtisadi islahatlara başlayıb. Gündəlikdə duran məsələlərdən biri evsiz və yetim uşaqlarla bağlı olub. Müəyyən uğur əldə edilsə də, ölkədə hələ də küçələrdə çoxlu sayda kimsəsiz uşaqlara rast gəlinir. Onnik Jeyms Krikoryanın fotolayihəsi
Saytın bloklandığı yerlərdə belə bu səhifəni açan link
6/15İslahatlar uğurla nəticələnib. İslahatlardan öncə Gürcüstan internatlarında rəsmi rəqəmlərə görə 5000-ə yaxın uşaq var idi. 2010-cu ilədək onların sayı 120-dək azaldılıb. Qonşu Ermənistanda bu rəqəm 4900, Azərbaycanda isə 10000-dir.
Gürcüstanda internatlarla yanaşı uşaqların qəyyum ailələrə verilməsinə və ailə tipli uşaq evlərinin yaradılmasına başlanıb.
2000-ci illərin ortalarından Gürcüstan hakimiyyəti sosial-iqtisadi islahatlara başlayıb. Gündəlikdə duran məsələlərdən biri evsiz və yetim uşaqlarla bağlı olub. Müəyyən uğur əldə edilsə də, ölkədə hələ də küçələrdə çoxlu sayda kimsəsiz uşaqlara rast gəlinir. Onnik Jeyms Krikoryanın fotolayihəsi
Saytın bloklandığı yerlərdə belə bu səhifəni açan link
7/15İslahatlar çərçivəsində ölkədə sosil müdafiəsi olmayan ailələrin uşaqları üçün yardım mərkəzləri də açılıb. Həmin mərkəzlərdə uşaqlara yemək verilir, digər yardımlar göstərilir.
Fotodakı həmin mərkəzlərdən biridir.
2000-ci illərin ortalarından Gürcüstan hakimiyyəti sosial-iqtisadi islahatlara başlayıb. Gündəlikdə duran məsələlərdən biri evsiz və yetim uşaqlarla bağlı olub. Müəyyən uğur əldə edilsə də, ölkədə hələ də küçələrdə çoxlu sayda kimsəsiz uşaqlara rast gəlinir. Onnik Jeyms Krikoryanın fotolayihəsi
Saytın bloklandığı yerlərdə belə bu səhifəni açan link
8/15Hakimiyyət həmçinin Foster Care beynəlxalq övladlığa götürmə proqramına start verib. Hələ ki, bu proqram bioloji ailələrə inteqrasiya edə bilməyən uşaqlar üçün tətbiq olunur. Fəallar kimsəsiz uşaqların övladlığa götürülmə şərtlərini genişləndirməyə çağırırlar.
2000-ci illərin ortalarından Gürcüstan hakimiyyəti sosial-iqtisadi islahatlara başlayıb. Gündəlikdə duran məsələlərdən biri evsiz və yetim uşaqlarla bağlı olub. Müəyyən uğur əldə edilsə də, ölkədə hələ də küçələrdə çoxlu sayda kimsəsiz uşaqlara rast gəlinir. Onnik Jeyms Krikoryanın fotolayihəsi
Saytın bloklandığı yerlərdə belə bu səhifəni açan link
9/15Təşəbbüslərə baxmayaraq, kimsəsizlərin sayı getdikcə artır.
Fotodakı Ruslandır. Sənədləri yoxdur deyə, nə təhsil ala bilib, nə də sosial yardım. Baxımsız bir tikilidə sərxoş mühafizəçinin ona atəş açmasından sonra ayağı amputasiya olunub. World Vision xeyriyyə təşkilatı bu cür uşaqlara yardım edir. Məhz bu təşkilatın sayəsində indi Ruslanın pasportu var.
2000-ci illərin ortalarından Gürcüstan hakimiyyəti sosial-iqtisadi islahatlara başlayıb. Gündəlikdə duran məsələlərdən biri evsiz və yetim uşaqlarla bağlı olub. Müəyyən uğur əldə edilsə də, ölkədə hələ də küçələrdə çoxlu sayda kimsəsiz uşaqlara rast gəlinir. Onnik Jeyms Krikoryanın fotolayihəsi
Saytın bloklandığı yerlərdə belə bu səhifəni açan link
10/15Fotodakı oğlan etnik çeçendir. Foto Qldanidəki Böhran Mərkəzində şəkilib. Bu mərkəzin əməkdaşları əsasən küçələrdən "tapılmış" uşaqlarla çalışır. Tez-tez bu cür uşaqların gələcəyinin planlaşdırılması ilə bağlı aksiyalar təşkil edən mərkəz artıq bir neçə ildir ki, qapadılıb.
2000-ci illərin ortalarından Gürcüstan hakimiyyəti sosial-iqtisadi islahatlara başlayıb. Gündəlikdə duran məsələlərdən biri evsiz və yetim uşaqlarla bağlı olub. Müəyyən uğur əldə edilsə də, ölkədə hələ də küçələrdə çoxlu sayda kimsəsiz uşaqlara rast gəlinir. Onnik Jeyms Krikoryanın fotolayihəsi
Saytın bloklandığı yerlərdə belə bu səhifəni açan link
11/15Çoxu dilənməyi qarnını doyurmağın yeganə yolu bilir. Dilənən azyaşlılara, o cümlədən körpəli analara böyük şəhərlərdə - Tbilisi, Rustavi, Kutaisi və Batumidə də rast gəlinir.
2000-ci illərin ortalarından Gürcüstan hakimiyyəti sosial-iqtisadi islahatlara başlayıb. Gündəlikdə duran məsələlərdən biri evsiz və yetim uşaqlarla bağlı olub. Müəyyən uğur əldə edilsə də, ölkədə hələ də küçələrdə çoxlu sayda kimsəsiz uşaqlara rast gəlinir. Onnik Jeyms Krikoryanın fotolayihəsi
Saytın bloklandığı yerlərdə belə bu səhifəni açan link
12/15UNICEF-in hesablamasına görə, Gürcüstan küçələrində 2500-ə yaxın kimsəsiz uşaq var.
2000-ci illərin ortalarından Gürcüstan hakimiyyəti sosial-iqtisadi islahatlara başlayıb. Gündəlikdə duran məsələlərdən biri evsiz və yetim uşaqlarla bağlı olub. Müəyyən uğur əldə edilsə də, ölkədə hələ də küçələrdə çoxlu sayda kimsəsiz uşaqlara rast gəlinir. Onnik Jeyms Krikoryanın fotolayihəsi
Saytın bloklandığı yerlərdə belə bu səhifəni açan link
13/152013-cü ildə UNICEF və World Vision Gürcüstan hakimiyyəti ilə birlikdə bu cür uşaqlara yardım məqsədilə layihə həyata keçirib. Mobil qruplar sözügedən uşaqlarla elə küçələrdəcə maarifləndirici söhbətlər ediblər. Layihənin dəyəri 850 min avrodur.
2000-ci illərin ortalarından Gürcüstan hakimiyyəti sosial-iqtisadi islahatlara başlayıb. Gündəlikdə duran məsələlərdən biri evsiz və yetim uşaqlarla bağlı olub. Müəyyən uğur əldə edilsə də, ölkədə hələ də küçələrdə çoxlu sayda kimsəsiz uşaqlara rast gəlinir. Onnik Jeyms Krikoryanın fotolayihəsi
Saytın bloklandığı yerlərdə belə bu səhifəni açan link
14/15Bu foto çəkilən zaman həmin ərazidə Pivə festivalı keçirilirdi. Bu cür uşaqlar üçün belə tədbirlər "daha çox gəlir" deməkdir. Mühafizəçilər uşaqları ərazidən qovmağa çalışırlar, amma həmişə müvəffəq ola bilmirlər.
2000-ci illərin ortalarından Gürcüstan hakimiyyəti sosial-iqtisadi islahatlara başlayıb. Gündəlikdə duran məsələlərdən biri evsiz və yetim uşaqlarla bağlı olub. Müəyyən uğur əldə edilsə də, ölkədə hələ də küçələrdə çoxlu sayda kimsəsiz uşaqlara rast gəlinir. Onnik Jeyms Krikoryanın fotolayihəsi
Saytın bloklandığı yerlərdə belə bu səhifəni açan link
15/15