Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:52

'Müəssisəni süpürmədiyinə görə həbsdən buraxıla bilməz'


Məmməd İbrahim: 'Həbsxana da balaca Azərbaycandır'
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

Məmməd İbrahim: 'Həbsxana da balaca Azərbaycandır'

«Məmməd İbrahim cəzaçəkmə müəssisəsində heç öz yerini də yığmır. Bir dəfə də olsun, əlinə süpürgə alıb müəssisədə yeri süpürməyib».

Bunu 16 saylı Cəzaçəkmə Müəssisəsində üçüncü dəstənin rəhbəri Tacəddin Məsimov məhkəmədə AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahim haqda deyib. O, siyasətçinin vaxtından əvvəl azadlığa buraxılmasına etiraz edib.

Dekabrın 29-da Bakı Apellyasiya Məhkəməsində Məmməd İbrahimin cəzasının 1/3-ini çəkdiyini əsas gətirərək, məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı şikayətinə baxılıb. Suraxanı Rayon Məhkəməsinin hakimi Elçin Ağayev siyasətçinin ərizəsini təmin etməyib, o da həmin qərardan şikayət verib.

Bugünkü məhkəmədə Məmməd İbrahim özü də iştirak edib.

Məmməd İbrahimin vəkili Yalçın İmanov məhkəmədə deyib ki, hüquqlarını müdafiə etdiyi şəxsin buraxılmaması üçün birinci instansiya məhkəməsinin qərarında göstərilən səbəblər tamamilə əsassızdır.

«ÖZÜNÜ QEYRİ-SƏMİMİ APARIR»

Daha sonra cəzaçəkmə müəssisəsinin əməkdaşı çıxış edib və Məmməd İbrahimin azadlığa buraxılmasının məqsədəuyğun olmadığını bildirib. Tacəddin Məsimov deyir ki, Məmməd İbrahim müəssisədə tədbirlərdə iştirak etmir, özünü məhkumlar arasında qeyri-səmimi aparır, cəzaçəkmə müəssisəsində heç öz yerini də yığmır, bir dəfə də olsun, əlinə süpürgə alıb müəssisədə yeri süpürməyib.

Məmməd İbrahim ona vəzifə təklif edildiyini bildirir
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00

Yalçın İmanov müəssisə əməkdaşından Məmməd İbrahimin konkret hansı məhkumlar arasında özünü qeyri-səmimi apardığını soruşub, Tacəddin Məsimov suala konkret cavab verə bilməyib.

Prokuror deyib ki, müəssisə əməkdaşının rəyi əsas götürülməli və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmalıdır.

Sahibxan Mirzəyevin sədrlik etdiyi məhkəmə kollegiyası qısa müşavirədən sonra apellyasiya şikayətinin təmin olunmadığını elan edib.

Vəkil Yalçın İmanov AzadlıqRadiosuna bildirib ki, Məmməd İbrahimi həbsdən buraxmamaq üçün göstərilən arqumentlər absurddur: «Məmməd İbrahimlə məsləhətləşib Ali Məhkəməyə kassasiya şikayəti verəcəyik».

XATIRLATMA

M.İbrahim hadisədən bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında ötən il sentyabrın 30-da həbs olunub. M.Quliyevi vurmaqda ittiham olunan M.İbrahimə CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Bir müddət sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı ayırmaq istərkən M.İbrahim onları da vurub. Bundan sonra M.İbrahimə ittiham ağırlaşdırılıb və CM-in 221.2.2-ci maddəsinə tövsif olunub. O, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib. Ancaq M.İbrahim ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir. Həbsinin səbəbini isə Əli Kərimlinin müşaviri olması və sosial şəbəkələrdə hökumətin ünvanına tənqidi yazıları ilə əlaqələndirir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG