Bu görüntünü Azadlıqradiosunun «Mobil Reportyor» bölümünə yollayan və valideyn olduğunu yazan istifadəçi videonu oktyabrın 29-da Bakıda Sabunçu rayonu Ramana kəndi 198 saylı orta məktəbdə çəkildiyini bildirir. Valideyn iddia edir ki, adı çəkilən məktəb binası təmirsizdir və bu cür uçmuş tavana, divara məktəbin bir çox yerində rast gəlinir. Valideynlər bu cür məktəbə uşaq yollamağa ehtiyat edirlər.
Həllik adı çəkilən məktəbin rəhbərliyindən bu görüntülərlə bağlı hər hansı məlumat almaq mümkün olmayıb.
Siz də çəkdiyiniz videoları bizə yollayın, yayımlayaq.
Whatsapp: +420 778 711 700
Görüntüləri elektron poçtla da yollamaq olar: efir@azadliqradiosu.az