►Hamısı şənbə günü intihar edib...
Avqustun 9-da Kürdəxanı qəsəbəsindəki 113 saylı tam orta məktəbin 15 yaşlı şagirdi Teymur Həsənlinin işlədiyi sexdə asılmış meyitinin aşkarlanması bəzi mətləbləri üzə çıxarıb.
Turan-ın xəbərinə görə, faktla bağlı Sabunçu rayon prokurorluğu araşdırmaya başlayıb.
3 ildə 5 şagirdin intihar etdiyi deyilir, hamısı şənbə günü...
Agentliyin xəbərinə görə, son üç ildə 113 saylı məktəbdə artıq 5-ci intihar olayının baş verdiyi bildirilir.
Buna da bax: "İntiharların əsas səbəblərindən biri sosial gərginlikdir"
2014-cü ilin sonu və 2015-ci illər ərzində məktəbin 4 şagirdinin özlərini asdıqları deyilir.
Bütün ölüm halları ilə bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi açılıb. Sonra bu cinayət işləri Bakı Şəhər Prokuroluğuna verilib və eyni icraatda birləşdirilib.
Səbəb - sevgimi, dini inancmı?
Valideynlərin dediyinə görə, istintaq, hələ də, davam etdirilir.
Turanın xəbərində qeyd edir ki, bütün ölüm hadisələri həftənin şənbə günləri qeydə alınıb.
Onların intihar etdikləri güman edilir Bir çox kənd sakinləri intiharların səbəbini yeniyetmə yaşlı uşaqların sevgi macəraları ilə bağlayır. Bəzi sakinlər də bunun dini inanclarla bağlı olduğunu deyirlər.
Məktəb rəhbərliyinin, baş verənlərə münasibəti, hələlik, bəlli deyil.
İstintaqlar isə, hələ, davam edir...