Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:28

Mehman Hüseynovun azadlığa çıxmaq üçün ərizə yazdığı deyilir


Mehman Hüseynov
Mehman Hüseynov

Həbsdəki bloqqer Mehman Hüseynov vaxtından əvvəl şərti azadlığa buraxılması barədə ərizə ilə məhkəməyə müraciət edib.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Şəhla Hümbətova danışıb. Onun bildirdiyinə görə, müraciət bloqqerin cəzasının yarısını çəkməsi ilə əsaslandırılıb.

Ərizə hələ 4 gün öncə, avqustun 10-da Qaradağ Rayon Məhkəməsinə təqdim edilib.

Vəkilin sözlərinə görə, məhkəmə bu tip müraciətlərə on gün ərzində baxmalıdır.

Mehman Hüseynov anası Firəngiz Hüseynovanın vəfat etməsi ilə əlaqədar olaraq ötən həftə qısa müddətə evə buraxılmışdı. O, hazırda 17 saylı Cəzaçəkmə Müəssisəsinə saxlanır.

Xatırlatma

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib.

O, polisə böhtan atmaqda təqsirli bilinib. Bloqqer həbsindən öncə saxlanarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.

Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlasa da, Ali Məhkəmə bloqqerin kassasiya şikayətini qismən təmin edərək, işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb. Bakı Apellyasiya Məhkəməsi isə bloqqer barəsində aşağı məhkəmənin hökmünü qüvvədə saxlayıb.

Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Ancaq hakimiyyət rəsmilərinin deməsinə görə isə, Azərbaycanda jurnalist və bloqqerlər peşə fəaliyyətləri ilə bağlı həbs edilmirlər.

XS
SM
MD
LG