Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:56

Rəis bloqqeri məhkəməyə verib


Mehman Hüseynov: "Rəisin yanında ürəyim getdi"
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

Mehman Hüseynov: "Rəisin yanında ürəyim getdi"

Bloqqer Mehman Hüseynovla bağlı xüsusi ittiham qaydasında şikayəti Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Oktay oğlu Musayev verib.

Bu barədə xüsusi ittiham qaydasında verilən şikayətlə bağlı açıqlamasında vəkil Elçin Sadıqov bildirib. Mehman Hüseynovun CM-nin 147.2-ci maddəsi (böhtan) ilə məsuliyyətə cəlb olunub cəzalandırılması istənilir.

«Mənə elə indilərdə DİN-dən zəng etdilər ki, sabah, yəni fevralın 10-da məhkəməyə gəlim. Polisin şərəf və ləyaqətinin təhqir olunması ilə bağlı iddianı şəxsən daxili işlər naziri Ramil Usubov özü qaldırıb».

Vəkil deyib ki, bu, M.Hüseynovun yanvarın 10-da polislə bağlı verdiyi açıqlaması ilə bağlıdır.

Buna da bax:​ Bloqqer 'qəpik aksiyası'nı başa vurdu

E.Sadıqov deyib ki, xüsusi ittiham qaydasında edilən şikayətə Suraxanı rayon Məhkəməsində baxılacaq. Amma vəkil xüsusi ittiham qaydasında şikayəti hələ almadığını, bu gün günortadan sonra DİN-dən götürəcəyini söyləyib.

Buna da bax:​ Bloqqerin işgəncə şikayəti əsaslı sayılmadı

XATIRLATMA

Mehman Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı.

M.Hüseynov azad edildikdən sonra jurnalistlərə deyib ki, saxlanılarkən və sonra polislər ona işgəncə verib.

Nəsimi rayon Məhkəməsinin qərarında bloqqerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapıb.

Buna da bax:​ DİN Mehman Hüseynovdan prokurorluğa şikayət edib

Yanvarın 11-də M.Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotoları yaymışdı.

Ancaq Daxili İşlər Nazirliyi bloqqerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız sayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG