Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 06:42

Mehman Hüseynovun vəkili: ‘Bu sürpriz oldu’


Mehman Hüseynovun vəkili Şəhla Hümbətova
Mehman Hüseynovun vəkili Şəhla Hümbətova

“Mən yanvarın 10-da Mehman Hüseynovla 1 saylı Bakı İstintaq Təcridxanasında görüşdüm. Amma bu gün, yanvarın 11-də “Report” agentliyində dərc ediln məktubun məzmununda onunla təcridxanada söhbıtimiz olmayıb”.

Bunu Mehman Hüseynovun vəkili Şəhla Hümbətova bildirib. O, bu gün yanvarın 11-də Mehman Hüseynovun adından yayılan məktuba münasibət bildirərkən belə deyib.

Vəkil bildirib ki, əksinə, Mehman Hüseynov görüşdə ona yanvarın 11-də yayılan həmin mətnin məzmununa tam əks olan fikirlər söyləyib: “O dedi ki, qida qəbul etməyəcək, ancaq süd, meyvə şirələri içəcək. Həm də bunu martın 2-nə kimi, yəni, həbs müddəti başa çatana kimi davam edəcək”.

Vəkil deyir ki, bu görüşdən sonra onun yanına kimsə getməyib: “Buna görə, mənim üçün də sürprizdir ki, bu mətni Mehman Hüseynov kiminlə göndərib”

Məktubda nə yazılıb?

Həbsdə olan bloqqer Mehman Hüseynovun adından, bu gün, yanvarın 11-də bəzi kütləvi informasiya vasitələrində məktub dərc edilib.

Həmin məktubun yanvarın 10-da (vəkil də elə həmin gün bloqqerlə görüşüb) yazıldığı qeyd edilir.

“Artıq 22 aydır ki, həbsdə cəza çəkirəm. Cəza çəkdiyim müddət ərzində çalışmışam ki, hərəkətlərim və davranışlarımla heç kəsin xətrinə dəyəcək bir şeylər etməyim. İndiki müraciətimin də kimlərinsə əhvalını pozmasını istəməzdim”, bloqerin adından dərc edilən məktubda qeyd edilir.

Həmin məktubda daha sonra yazılır: “Bu yaxınlarda yaxınlarımdan mənə daxil olan məlumata görə, gecə saatlarında sosial şəbəkə istifadəçilərindən bir nəfər vəziyyətimin kritik hala düşdüyünü və Müalicə Müəssisəsinə təcili aparılmağımla bağlı həqiqətə uyğun olmayan status paylaşmışdı. Bu məlumat mənim atamın və yaxınlarımın ciddi narahatlığına səbəb olmuşdur. Hesab edirəm ki, hər kəs həm etdiyi hərəkət, həm yazdığı yazının məsuliyyətini özü daşımalıdır. Lakin insanların hissiyyatı hər zaman nəzərə alınmalıdır. Bir məsələni də qeyd etmək istərdim ki, mən də nə doğma qardaşım Emin (hüquq müdafiəçisi olan Emin Hüseynov hazırda mühacirətdədir. Bloqqerin müdafiəsi ilə bağlı bir sıra tədbirlər keçirir), nə məni istəyən və yaxud istəməyən insanların elədiklərinə görə məsuliyyət daşımıram. Məni istəyənlərin nəzərinə çatdırmaq istəyirəm ki, ayaqdayam, qida qəbul edirəm, aclıq aksiyasından sonra bərpa olunuram. Barəmdə aparılan cinayət işinin ədalətli olacağını gözləyirəm. Əvvəlcədən sizə mənim müraciətimi yaydığınıza görə, öz minnətdarlığımı bildirirəm”.

Bu məktubun bəzi kütləvi informasiya vasitələrinə neçə çatdığını dəqiqləşdirmək mümkün olmayıb. Məsələyə, hələlik, Penitensiar Xidmətdən də münasibət almaq cəhdləri nəticə verməyib.

Xatırlatma

Bloqqer M.Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.

Bloqqerin həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşib. Rəsmi məlumata görə, Mehman Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır.

Yeni ittiham təsdiqlənərsə, ona əlavə olaraq 3 ildən 7 ilə kimi həbs verilə bilər. Bloqqer ittihamı qurama sayır. O, yeni ittihamla üzləşdiyi gündən aclıq aksiyasına başladığını açıqlamışdı. Onun bu səbəbdən səhhətinin ağırlaşdığı bildirilirdi.

Yanvarın 7-də Mehman Hüseynovla görüşən vəkil Şəhla Hümbətova onun özünə istinadan mədə ağrılarına görə, artıq süd və süd məhsulları qəbul etdiyini açıqlayıb. Amma Penitensiar Xidmətdən isə bundan əvvəl bildirmişdilər ki, Mehman Hüseynov cəmi bir gün aclıq aksiyası keçirib və qida qəbul edir.

Yanvarın 8-də bloqqerlə görüşən Ədliyyə Naziri yanında İctimai Komitənin üzvləri bildirmişdilər ki, o, açlıq aksiyası keçirmir. Onların deməsinə görə, Mehman Hüseynov süd və duru yeməklər qəbul edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG