Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:12

Vahid Mustafayev hakimə: 'Allah dərgahında görüşəcəyik'


Vahid Mustafayev. 05aprel2017
Vahid Mustafayev. 05aprel2017

Aprelin 5-də Ali Məhkəmədə "ANS ÇM" radiosunun lisenziyasının ləğvi ilə bağlı şirkətin kassasiya şikayətinə baxılıb.

ANS Milli Televiziya və Radio Şurasına qarşı iddia qaldıraraq, radionun lisenziyasının ləğvi barədə qərarın qanunsuz və etibarsız sayılmasını, dəymiş maddi ziyana görə 211 min (ötən ilin sentyabrında məhkəmədə bu iddiaya baxılanadək hesablanan ziyan), mənəvi ziyana görə 1 milyon manat təzminat ödənilməsini istəmişdi.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qərarın qanunsuz sayılması ilə bağlı hissədə iddianı təmin etməmiş, ziyanın ödənilməsi hissəsində isə, ümumiyyətlə, iddiaya baxılmasını mümkünsüz hesab edərək, bu haqda qərardad çıxarmışdı.

Buna da bax:​ Vahid Mustafayev: Düşmən deyilik

Seyfulla Mustafayev və Mirşahin Ağayev. 05aprel2017
Seyfulla Mustafayev və Mirşahin Ağayev. 05aprel2017

Sözügedən məhkəmədə ANS telekanalında və radiosunda yayımlanan reklamverənlər tapıb, onlarla müqavilə bağlanması və s.-lə məşğul olan "ANS Commers" şirkətinin də üçüncü şəxs qismində prosesə cəlbi barədə vəsatət qaldırılmış, amma məhkəmə bu vəsatəti də təmin etməmişdi.

Sonradan Bakı Apellyasiya Məhkəməsi də sözügedən qərar və qərardadları qüvvədə saxlayıb. ANS-in aprelin 5-də Ali Məhkəmədə baxılan şikayətləri də həmin məsələlərlə əlaqədar olub.

Kəmaləddin Bədəlovun sədrlik etdiyi hakimlər kollegiyası əvvəlcə dəymiş ziyanın ödənilməsi haqda şikayətə baxıb. ANS-in nümayəndəsi Sevda Məhərrəmovanın sözlərinə görə, birinci instansiya məhkəməsi bu iddianı mümkünsüz sayarkən, arqumenti bu olub ki, ANS ziyanla əlaqədar əvvəlcə Teleradio Şurasının özünə müraciət etməli idi.

Buna da bax: ‘Türkiyəli jurnalistlər çıxanda, Qənirə Ataşova da çıxmalı idi’

“Bu, hüquq müstəvisində baş verən hadisə deyil”

ANS-in vəkili Fuad Ağayev deyir ki, bu arqument absurddur və həmin qərardad ləğv olunmalıdır.

Vəkil Fuad Ağayev. 05aprel2017
Vəkil Fuad Ağayev. 05aprel2017

"ANS-Yayım və Media Şirkəti"nin rəhbəri Vahid Mustafayev məhkəmədə bu məsələdən danışarkən söyləyib ki, bu gün ağır maliyyə durumuna düşmələrinin səbəbi Teleradio Şurasının qərarı - lisenziyanın alınmasıdır: "Lisenziyamız gözlənilmədən, fövqəladə şəraitdə alındı. MTRŞ iddia edir ki, lisenziya alınmazdan əvvəl "ANS ÇM"ə bir neçə dəfə xəbərdarlıq olunub. Xatırladım ki, bu hadisə sonuncu xəbərdarlıqdan 6 ay sonra baş verdi. Üstəlik, eyni gündə həm televiziya, həm radio, həm də saytın qapadılması göstərir ki, bu, hüquq müstəvisində baş verən hadisə deyil. Yəni verilən qərarın xəbərdarlıqlara aidiyyəti yoxdur. ANS hər il büdcəyə 5 milyon manatdan çox vergi ödəyirdi. Bu qərar nəticəsində büdcə də həmin vergidən məhrum oldu".

Bəs “ANS Commers”?

Teleradio Şurasının nümayəndəsi Toğrul Mirzəzadə kassasiya şikayətinin təmin edilməməsini istəyib.

Buna da bax:​ 'İlham Əliyev ANS-i heç vaxt güdaza verməz'- [video]

Hakimlər bir neçə dəqiqəlik müşavirədən sonra "ANS ÇM"in şikayətinin təmin olunmadığını açıqlayıblar.

Ardınca "ANS Commers" şirkətinin də prosesə cəlb edilməsi məsələsinə baxılıb.

Vəkil Fuad Ağayev bildirib ki, "ANS Commers" müxtəlif şirkətlərlə müqavilələr bağlayıb, onların reklamlarını radioda yerləşdirib. Lisenziyanın ləğvinə dair Teleradio Şurasının qərarından sonra şirkət müqavilə öhdəliklərini yerinə yetirə bilməyib. Ona görə də Şuranın qərarından birbaşa ziyan çəkən tərəf kimi, “ANS Commers” prosesə cəlb edilməlidir.

Vahid Mustafayev ANS-in yayımı dayanandan sonra “ANS Commers”in müflis olduğunu söyləyib.

Buna da bax:​ Mirşahin Ağayev: 'Biz belə ədalətsiz qərar gözləmirdik'

Teleradio Şurasının nümayəndəsi bu məsələdə də aşağı instansiya məhkəmələrinin qərarının qüvvədə saxlanılmasını istəyib.

Hakimlər yenə bir neçə dəqiqəlik müşavirədən sonra ANS-in kassasiya şikayətinin rədd edildiyini açıqlayıblar.

Buna da bax:

'İlham Əliyev ANS-i heç vaxt güdaza verməz'
Gözlə

No media source currently available

0:00 0:02:08 0:00

“Əks tərəfin bircə kəlməsiylə...”

Bundan sonra Vahid Mustafayev hakimlərə etiraz edib: "Biz sizlərə görə, gözəl və çiçəklənən Azərbaycanda fəaliyyət göstərməyiniz üçün canımızdan keçmişik. İki məsələ ilə bağlı mövqeyinizdən sonra sizə etiraz veririk. Rəhbərinizdən xahiş edirik ki, o biri şikayətlərimizə başqa tərkib baxsın. Biz nə qədər yazıb-pozmuşuq, gecələr yatmamışıq, nə qədər sənəd gətirmişik ki, haqlı olduğumuzu sizə sübut edək. Sizsə əks tərəfin bir kəlməsi ilə bizim şikayətlərimizi təmin etmirsiniz. Sizi başa düşürəm, Allah sizi də, övladlarınızı da xoşbəxt eləsin. Amma biz mütləq Allah dərgahında görüşəcəyik. Yəqin onda başqa qərar qarşısında olacaqsınız".

Ardından Fuad Ağayev etirazı hakimlərə təqdim edib. Bu etiraza Ali Məhkəmənin sədri Ramiz Rzayev baxıb qərar verməlidir. O qərar bəlli olanadək ANS-in şikayətlərinə baxılması təxirə salınıb.

Buna da bax:​ “ANS ÇM”in iddiasına baxan hakim dəyişdi

XATIRLATMA

Ötən il iyulun 29-da Bakı Apellyasiya Məhkəməsi «ANS Müstəqil Yayım və Media» Şirkətinə 2013-cü il oktyabrın 25-də verilmiş lisenziyanı ləğv edib. Məhkəməyə MTRŞ müraciət etmişdi və bu, iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdindən sonra ANS-in efirində terrorizmə dəstək xarakterli materialların yayımlanmasıyla əsaslandırmışdı. Bildirilib ki, telekanalın ABŞ-dakı müxbiri ilahiyyatçı Fethullah Gülen-dən müsahibə alıb və həmin müsahibə xarici KİV-lər vasitəsilə anons olunub. Bununla əlaqədar Baş Prokurorluqdan Teleradio Şurasına məktub daxil olmuşdu. Məktubda qeyd olunurdu ki, ANS telekanalı terrorizmin təbliğinə yol verir, milli, dini ədavəti qızışdıran materiallar yayımlayır. Buna görə də, ANS-in yayımının dayandırılması istənilirdi.

ANS rəhbərliyi ittihamları qəbul etmir. Hərçənd, ANS-in baş redaktoru Fethullah Gülen-in mətbuat konfransında əməkdaşlarının iştirakını «səhv» adlandırıb, Türkiyə və Azərbaycan xalqlarından üzr istədiyini bildirib.

Buna da bax:

ANS televiziyası bağlanır (VİDEO)
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG