Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 08:00

Məhərrəm ayı sentyabrın 22-də başlayır


Azərbaycanda Məhərrəm ayı, "Aşura günü". (arxiv fotosu)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Məhərrəm ayı ilə bağlı fətva verib.

Fətvada bildirilir ki, Hicri-qəməri təqvimi ilə 1438-ci il başa çatır.

Yeni Hicri 1439-cu ilin başlanğıcı - Məhərrəm ayının 1-i Miladi təqvimlə 2017-ci il sentyabrın 22-nə təsadüf edir. Bu il "Aşura günü" oktyabrın 1-nə təsadüf edəcək.

Fətvada «aşura»nın Məhəmməd peyğəmbərin (s) nəvəsi İmam Hüseyn, Əhli-Beyt (ailə üzvləri) və tərəfdarlarının haqq uğrunda həlak olduğu gün kimi əks edilir.

Buna da bax:​ Faiq Mustafa: 'Çöldə namaz qılmaq peyğəmbərin yoludur' [video]

QMİ müsəlmanlara əzadarlıq moizələrində Kərbəla hadisələri ilə yanaşı Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarından keçənlərin, Xocalı faciəsinin qurbanlarının da yad edilməsini tövsiyə edir.

Fətvada xatırladılır ki, son illər Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Aşura günləri qanvermə aksiyası keçirilir.

QMİ hesab edir ki, qurşağadək soyunub, zəncir vuraraq bədənə xəsarət yetirməklə qan çıxarmaq şəriətə uyğun sayılmır. Dindarların özlərinə və digərlərinə xəsarət yetirməməsi tövsiyə olunur.

Bunun əvəzində ehtiyacı olanlara qan verilməsi aksiyalarının təşkili zəruri sayılır.

Buna da bax: QMİ: 'Mən müstəqil dövlətəm öz təqvimim var, özüm bilərəm'

Xatırlatma

Məhəmməd peyğəmbərin nəvəsi, şiə imamı Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən, müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər.

Hər il minlərlə insan Kərbəlaya toplaşaraq, hicrətin 61-ci ilində Kərbəlada öldürülən İmam Hüseyn və 72 tərəfdarına yas saxlayır.

Məhərrəmlik mərasimi, ümumilikdə, Məhərrəm və Səfər aylarında davam edir (Məhərrəm ayının 10-da Aşura hadisəsi - qətliam baş verib).

İslamda Məhərrəm ayında müharibə günah sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG