Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

8 Mart günündə məhbus jurnalist qadınlara azadlıq tələb edildi


İranda məhbus edilmiş jurnalist qadınlardan biri - Hengameh Shahidi
İranda məhbus edilmiş jurnalist qadınlardan biri - Hengameh Shahidi

8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində Sərhədsiz Reportyorlar (Reporters Without Borders - RSF) təşkilatı dünya boyunca “dəhşətli şəraitdə” saxlanan 27 jurnalist qadının dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırırb.

Parisdə mənzillənmiş media gözətçisinin məlumatına görə hazırda dünyada 334 jurnalist həbsdədir. Onlardan 27-si qadınlardır.

Qadın jurnalistlər 9 ölkədə məhbus edilib. Təkcə İran və Çin 7 qadın jurnalisti dəmir barmaqlıqlar arxasında saxlayır.

Sərhədsiz Reportyorların baş katibi Christophe Deloire martın 6-da deyib ki, “bu qadınlar mərd-mərdanə danışdıqlarına görə” azadlıqlarından məhrum ediliblər.

Deloire əlavə edib ki, “çox vaxt bu qadınlara son dərəcə ədalətsiz cəzalar verilib” və onlar “ən dəhşətli həbsxana şəraitində saxlanılır, hətta işgəncələrə və cinsi qısnanmaya məruz qalırlar”.

Təşkilat bəyan edir ki, məhbusların lazımi tibbi yardımdan məhrum edildiyi İran həbsxanalarında qadın jurnalistlər aclıq aksiyaları keçirməyə məcbur olurlar.

BMT-nin bu barədə hesabatında deyilir ki, İran həbsxanalarında qadın məhbuslar kişilərdən daha çox xəstələnirlər.

RFS bildirir ki, İran cəmiyyətində qadınların hüquqları onsuz da pozulduğundan həbsxanalarda bu ağlasığmaz şəkil alır.

Hazırda İranda həbsdə olan qadın jurnalistlər bunlardır: Narges Mohammadi, Hengameh Shahidi, Roya Saberi, Negad Nobakht, Sepideh Moradi, Avisha Jalaledin, and Shima Entesaridir.

Türkiyədə hazırda dörd jurnalist qadın həbsxanadadır. Qadın jurnalistləri məhbus etmiş digər ölkələr – Səudiyyə Ərəbistanı (3), Vyetnam (2), Misir, Bəhreyn, Suriya və Nikaraquadır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG