Keçid linkləri

Təcili xəbərlər
2021, 10 Aprel, şənbə, Bakı vaxtı 18:56

Əhsən Nuruzadənin ailəsi narahatdır


Əhsən Nuruzadə

«Müsəlman Birliyi» Hərəkatının koordinatoru, ictimai fəal Əhsən Nuruzadə-nin yaxınları onun durumundan narahatdır.

Onun ailəsindən bildiriblər ki, cəzaçəkmə müəssisəsinə yerləşdirilmiş Ə. Nuruzadəyə qarşı qanunsuzluq edilir. Onun karantində saxlanıldığı bildirilir.

“Əhsəni avqustun 17-də həbsxanaya göndəriblər. O, hazırda 13 saylı Cəza Çəkmə Müəsisəsində saxlanır. Cəzaçəkmə müəssisəsinə köçürülsə də onu karantində saxlayır, həbsxanadakı məhbusların arasına buraxmırlar”, ailəsindən bildiriblər.

Ailəsindən bu məsələ ilə bağlı gərəkli qurumlara müraciət ediləcəyini deyiblər.

13 saylı Cəza Çəkmə Müəsisəsindən və Penitensiar Xidmətindən bu deyilənlərə, hələlik, münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Ə.Nuruzadəni ötən il oktyabrın 6-da, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıblar. Ona Cinayət Məcəlləsinin 234.4.3 ( Külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham verilib. Onun üzərindən 14.775 qram heroin tapıldığı iddia olunur.

Amma O, ittihamı rədd edir, narkotikin cibinə idarədə atıldığını bildirir.

Məhkəmə Əhsən Nuruzadənin 7 illik həbsi barədə hökm verib. Avqustda Bakı Apellyasiya Məhkəməsində Mirpaşa Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası həmin hökmü qüvvədə saxlayıb.

Ə.Nuruzadəni bundan öncə də iki dəfə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb.Ailəsinin deməsinə görə, bu zaman günlərlə onlara onun yeri haqda heç bir məlumat verilməyib. Ardınca da hər dəfə 10 sutka inzibati həbs cəzası alıb. Hər iki məhkəmə qərarında da inzibati həbsin səbəbi eyni göstərilib – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısından keçəndə telefonla danışarkən söyüş söymək, onu intizama dəvət edən polislərə tabe olmamaq.

XS
SM
MD
LG