Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Yanvar, çərşənbə, Bakı vaxtı 11:17

Məhbusun intihar etdiyi deyilir


Foto: arxiv

15 saylı ciddi rejimli koloniyada məhbus Mahir Aslanovun intihar etdiyi bildirilir.

33 yaşlı məhbusu koloniyanın idman meydançasındakəmərindən asılmış vəziyyətdə tapıblar.

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ölüm olayı ilə bağlı açıqlama verməyib.

Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov “Turan” agentliyinə məlumatı şərh etməkdən imtina edib.

“Biz belə hadisələri şərh etmirik” deyə mətbuat xidmətinin rəhbəri bildirib.

Hadisənin nə vaxt baş verdiyi, mərhum məhbusun niyə görə həbs edildiyi və nə qədər cəza aldığı açıqlanmır.

Ötən ilin 9 ayında Azərbaycandarəsmən 500 intihar olayının baş verdiyi bildirilir. Ekspertlər intiharların səbəblərinin öyrənilməsindən ötrü ayrıca mərkəzin yaradılmasını təklif edirlər.

Multimedia

XS
SM
MD
LG