Keçid linkləri

2024, 02 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:17

Medvedev Ukraynaya qarşı yeni sanksiyaları elan edib


Dmitry Medvedev
Dmitry Medvedev

Rusiya baş naziri Dmitry Medvedev Moskvanın Ukraynanın hüquqi şəxslərini və fərdlərini hədəfləyən sanksiyalarını genişləndirib.

Medvedev dekabrın 25-də Twitter-də yazıb ki, “Rusiya dövlətinin, şirkət və vətəndaşlarının maraqlarının qorunması naminə” Ukraynaya qarşı sanksiyalar siyahısına 200-dək fərd və müəssisə əlavə edilib.

Noyabrın 1-də Rusiya Ukraynanın 322 fərdinə və 68 şirkətinə qarşı “xüsusi iqtisadi tədbirlər” elan edib.

Bu sanksiyalara görə qeyri-nəqd hesablarının və başqa aktivlərin dondurulması, habelə Rusiyadan kapital transferlərinə qadağan qoyulması daxildir.

Rusiyanın ilkin sanksiya siyahısına daxili işlər naziri Arsen Avakovun, təhlükəsizlik xidmətinin başçısı Vasyl Hrytsakın, keçmiş baş nazirlər Yulia Timoshenko və Arseniy Yatsenyukun, habelə Krım tatarlarının lideri Mustafa Dzhemilev-in və keçmiş sağ sektor rəhbəri Dmytro Yarosh-un adları daxil edilmişdi.

Bu siyahı prezident Vladimir Putinin 22 oktyabr tarixli fərmanına əsasən tərtib olunmuşdu.

Putin həmin vaxt demişdi ki, Ukrayna Rusiya şirkət və vətəndaşlarına qarşı məhdudiyyətləri ləğv edərsə, sözü gedən sanksiyalar qaldırıla bilər.

Kiyev Rusiyanın bir sıra şirkət və vətəndaşlarına qarşı sanksiyaları Moskva 2014-cü ildə Krımı ilhaq etdikdən sonra qoyub.

XS
SM
MD
LG