Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Məmurun korrupsiyası barədə yalnız o vəzifədən çıxandan sonra yazırlar


Mehman Hüseynovun yayılan məktubunu vəkil surpriz adlandırır
Gözlə

No media source currently available

0:00 0:14:52 0:00

Mehman Hüseynovun yayılan məktubunu vəkil surpriz adlandırır

Bir çox şərhçilərin fikrincə, Azərbaycanda məmurlar yalnız işdən çıxdıqdan sonra hakimiyyətə yaxın mətbuat onların haqqında korrupsiya iddiaları dərc edir? Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının keçmiş sədri Rüfət Aslanlı keçən ilin oktyabrında vəzifəsini itirəndən sonra -hakimiyyətin siyasi kursunu müdafiə edən saytların bir çoxu onun dövlət qulluğunda işlədiyi dövrdə elit şərab istehsalı ilə məşğul olduğunu yazdı.

Hakimiyyətin siyasi kursunu müdafiə edən saytların bir çoxundakı yazılarda bildirilir ki, Rüfət Aslanlı dövlət qulluğunda işlədiyi dövrdə elit şərab istehsalı ilə məşğul olub. Onun Fransada müasir çaxır zavodu var.

Buna bənzər ittihamları həmin saytlar keçmiş ekologiya naziri Hüseynqulu Bağırov haqqında da yayırlar.

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov keçən ilin noyabrında işdən çıxarılan ərəfədə mətbuatda onun şərab biznesinin olması barədə məqalələrin sayı artdı.

Məlumatları özləri ötürürlər

Beynəlxalq jurnalist qurumları ilə əməkdaşlıq edən jurnalist Xədicə İsmayılova deyir ki, mətbuatda keçmiş məmurlar barədə yazılar onda etimad doğurmur:

“Bu yazılara baxanda belə bir təəssürat yaranır ki, bu məlumatları həmin şəxsləri tanıyan şəxslər ötürürlər. Çünki bu, sənədlərdən və jurnalist araşdırmaları nəticəsində əldə olunan məlumatlardan daha çox ötürülən məlumatlara bənzəyir. Üstəlik, Azərbaycan hökuməti heç vaxt jurnalist araşdırmalarının ardı ilə gedib cinayət işi açmayıb, məlumatları yalnız kimisə tutmaq istəyəndə öz əlaltıları vasitəsilə hakimiyyətin altındakı mediaya ötürürlər. Ötürülmüş məlumatların ardınca bəlkə hökumətdən hansısa addım gözləmək lazımdır”.

Rüfət Aslanlı özü barədə yazılanlara münasibət açıqlamayıb. Hüseynqulu Bağırov isə haqqında deyilənləri, inkar edib, bildirib ki, oğlu Türkiyədə kiçik bizneslə məşğul olur.

Rüfət Aslanlı
Rüfət Aslanlı

Hüquqşünas və ictimai fəal Aslan İsmayılov deyir ki, bu məmurlar uzun illər vəzifədə olublar, həlledici qərarlar veriblər, inkişaf və dövlətçilik barədə çıxışlar ediblər, amma indi media yazır ki, onların qanunsuz əməlləri varmış. Onun sözlərinə görə, qanunla, mediada çıxan bu məlumatlar əsas olmalı idi ki, Baş prokurorluq araşdırma başlasın.

“Ən dəhşətlisi odur ki, bunlar vəzifədən çıxır, bunların 10-100 milyonluq mülkü barədə məlumat yayılır, amma ki, 500-1000 manat rüşvətə görə həkimi, müəllimi tutan ölkənin baş prokurorunun 10 milyonlar, yüz milyonlar barədə faktlar yayılanda səsi çıxmır”.

Baş prokurorluğun necə, işdən çıxarılan məmurlarla bağlı araşdırma aparmaq planı varmı? Gün ərzində qurumun mətbuat xidməti ilə əlaqə saxlamaq istəsək də, cəhdlərimiz alınmadı.

Aslan İsmayılov: "Hakimiyyətin mahiyyəti korrupsiyaya əsaslanır"

Mediada yalnız keçmiş yox, indiki məmurlar barədə də müxtəlif jurnalist araşdırmaları dərc olunub.

Bunlardan bəziləri prezident ailəsinin qanunsuz biznesi barədədir. Belə yazıların bəzilərini prezident administrasiyası təkzib edib. Amma hansısa hüquqi araşdırma başlamayıb.

Amma prezident İlham Əliyev özü bu gün, yanvarın 11-də Nazirlər Kabinetinin iclasında korrupsiya ilə mübarizədən danışıb, deyib ki, gömrük və vergi sahəsində korrupsiyaya qarşı güclü mübarizə aparılır.

Keçən ilin iyulunda, Trend agentliyi baş prokurorunun müavini - baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə istinadla yazır:

“Ötən dövr ərzində dövlət başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb, ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi və digər bu kimi korrupsiyaya qarşı mübarizə tədbirlərinə əsaslanan ardıcıl hüquqi və institusional islahatlar həyata keçirilib”.

Hüquqşünas Aslan İsmayılov isə deyir ki, hakimiyyətin mahiyyəti korrupsiyaya əsaslanır və bu, normadır. Onun sözlərinə görə, indiyə qədər yalnız hakimiyyətə siyasi sadiqlik göstərməyən məmurlara qarşı korrupsiya iddiaları irəli sürülüb.

Azərbaycan Transparency İnternaional kimi əksər beynəlxalq təşkilatların hesabatlarında pis korrupsiya nəticəsi göstərir.

Ümumilikdə, Azərbaycanın beynəlxalq korrupsiya reytinqi də aşağıdır. “Beynəlxalq Şəffaflıq” təşkilatının hesabatına görə, Azərbaycan 180 ölkə arasında 122-ci yerdədir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG