Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

'Neftin bahalaşması yeni böhran yarada bilər'-media icmalı


Bakı, 19 iyun 2015
Bakı, 19 iyun 2015

Aqroparkların yaradılması, neftin böhalaşmasının mümkün təsirləri, Hesablama Palatasının büdcədən maliyələşən təşkilatlarda apardığı auditlərin nəticəsi və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Neft bahalaşdıqca Azərbaycanın gəlirləri artır

“ Yeni Müsavat.com” saytında “Bahalı neft yeni böhran yarada bilər”

sərlövhəli yazı oxumaq olar.

Müəllif son zamanlar dünya bazarında neftin qiymətinin kəskin artması və bunun neft istehsalçısı olan ölkələrə təsirini neft sahəsi üzrə ekspert İlham Şaban-la təhlil etməyə çalışıb.

“Neft Araşdırmaları Mərkəzi”nin rəhbəri İlham Şaban deyib ki, neftin indiki qiymət sıçrayışının bir neçə mühüm səbəbi var:

“Əvvəla, ABŞ-la İran arasındakı gərginlik artıq hüquqi müstəviyə keçdi. İkincisi, məlum oldu ki, sentyabrda ABŞ faktiki olaraq Çinə neft satmaqdan imtina edib”.

İ.Şaban vurğulayıb ki, dünya bazarında qiymətin yüksək olması nəinki istehlakçıları, heç istehsalçıları da qane etmir.

İlham Şaban
İlham Şaban

Ekspertin deməsinə görə, dünya neftinin ən böyük istehlakçı və istehsalçılarından biri olan ABŞ qiymətlərin aşağı salınmasından ötrü OPEK-ə dəfələrlə müraciəti edib.

İ.Şabanın vurğulamasına görə, Rusiyadan da bəyan ediblər ki, neftin qiymətinin dünya bazarında 60-65 dollar olması ( Hazırda neft 80 dollardan yüksəkdir-r) daha məqbuldur:
“ Neftin bahalı qiyməti dünyada fəsadlara yol açır. Belə ki, ona tələb arzu olunan səviyyədə olmur, bahalı neftdən gələn gəlirləri istehlakçılar iri həcmdə alternativ enerji mənbələrinə, maşın və mexanizmlərin, texnologiyaların yaradılmasına sərf edir. Neftin bahalı dövrü heç zaman uzunmüddətli olmur. Qiymətlərin ucuzlşaması neftdən asılı ölkələrə daim şok effekti yaşadır. Bahalı neft iri gəlirlər deməkdir, bu isə institutsional nəzarət mexanizmi olmayan ölkələrin iqtisadiyyatında neft gəlirlərindən bəhrələnmək əmsalını aşağı salan göstəricidir. Nəhayət bahalı neft dünya bazarında neft avadanlığı və servis qiymətlərinin bahalanmasına səbəb olur”.

Azərbaycana gəlincə, ekspert deyir ki, belə bahalı neft ölkənin gəlirlərini sürətlə artırır.

Palata “Bakı Metropoliteni”ndə nöqsanlardan bəhs edir

"Azadlıq prospekti" stansiyası, Bakı, 30 dekabr 2009
"Azadlıq prospekti" stansiyası, Bakı, 30 dekabr 2009

“ Marja” saytında “Palata “Bakı Metropoliteni”ndə nöqsanlar aşkarlayıb” sərlövhəli yazı yer alır.

Yazıda bildirilir ki, Hesablama Palatasının kollegiyası 2016-2017-ci illərdə “Bakı Metropoliteni” Qapalı Səhimdar Cəmiyyətinin (QSC) maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib. Audit QSC-nin idarə aparatında və seçmə qaydada tabeli idarələrində həyata keçirilib, ümumilikdə 561 153,7 min manat vəsaiti əhatə edib.

“2017-ci il üzrə dövlət büdcəsi vəsaitlərinə proqnoz təqdim edilərkən əsas fəaliyyəti üzrə daşınan sərnişinlərin sayındakı artımın gəlirlərə və dəyişən xərclərə təsiri nəzərə alınmayıb. Büdcə xərclərinin təsnifatının tələblərinə uyğun olmayaraq QSC-nin fəaliyyətində yaranmış zərərin ödənilməsi üçün dövlət büdcəsindən subsidiya şəklində ayrılmalı olan vəsaitlər başqa paraqraflarda nəzərdə tutulub”, hesabata əsasən yazıda vurğulanır.

Yazıda habelə hesabata istinadən bildirilir ki, Cəmiyyətin istismar, investisiya xərcləri üzrə bir sıra müqavilələrin bağlanılması və icrası prosesində uyğunsuzluqlara yol verilib.

“ 4 halda müqavilə üzrə bank zəmanətlərinə əsasən 2016-cı ildə vəsaitlərin köçürülməsinə baxmayaraq müvafiq mallar idxal edilməyib və debitor borcların bağlanılması istiqamətində zəruri tədbirlər görülməyib. Bir halda kreditor borc tanınmadan ödənilib”

Yazıda o da vurğulanır ki, audit dövründə dövlət satınalmaları keçirilərkən müvafiq bildirişlər dərc edilməyib, müqavilə haqqında məlumatlar rəsmi internet saytında yerləşdirilməyib:

“Təmiri və tikintisi həyata keçirilmiş obyektlərin bütövlükdə layihə-smeta sənədləri ekspertiza olunması üçün aidiyyəti üzrə vaxtında təqdim edilməyib”

Hesabata “Bakı Metropoliteni” QSC-dən münasibət öyrənmək mümkün olmayıb.

Məhsuladarllığın əsası- müasir texnologiya

“Azərbaycan” qəzetində isə “Müasir texnika və texnologiya daha çox və daha keyfiyyətli məhsul deməkdir” sərlövhəli yazı dərc edilib.

Müəllif hesab edir ki, ölkədə aparılan iqtisadi islahatlarn əsas hədəfi qeyri-neft sektorunu inkişaf etdirməklə ümumi inkişafa nail olmaqdır.

Yazıda vurğulanır ki, qeyri-neft sektorunda aqrar sahə coğrafiyası və əhalinin məşğulluğunun əhatəsinə görə üstünlük təşkil edir. Müəllifin fikrincə, bu səbəblə də dövlət son dövrlər bu sahənin inkişafına xüsusi diqqət göstərir:

“Kənd təsərrüfatında hərtərəfli islahatlar həyata keçirilir, fermerlərə dövlət dəstəyi artırılır, o cümlədən güzəştli kreditlər ayrılarkən aqrar sahədə çalışan sahibkarlara üstünlük verilir”.

İlham Əliyev Nazirlər Kabinetinin iclasında - 8 iyul 2018
İlham Əliyev Nazirlər Kabinetinin iclasında - 8 iyul 2018

​Müəllif vurğulayır ki, bu sahədə yüksək məhsuldarlığa nail olmaq isə müasir texnika və texnologiyaların tətbiqindən asılıdır. Yazıda prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışından da sitat gətirilir:

“Bu gün dünyada elə texnologiyalar var ki, məhsuldarlığı bir neçə dəfə artırır. Biz həm aqrotexniki tədbirlərlə bağlı texnologiyaları, həm də su ilə təminat texnologiyalarını Azərbaycana gətirməliyik”.

Müəllif bildirir ki, hazırda Azərbaycanın 30 rayonda 192 min hektar sahəyə malik 45 aqroparkın yaradılması layihəsi həyata keçirilir. Ümumi dəyəri 1 milyard manatdan çox olan aqroparklarda zəruri infrastrukturun yaradılmasına indiyədək 207 milyon manatdan çox dövlət vəsaiti xərclənib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG