Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

Mədəniyyət və Turizm Nazirliyi də ləğv edildi və...


Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılır.

Prezident İlham Əliyev aprelin 20-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda yazılır ki, məqsəd mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsidir.

Sənəddə Nazirlər Kabinetinə göstəriş verilib ki, nazirliyin və agentliyin əsasnamələrinin layihələrini, strukturları və işçilərinin say həddi barədə təklifləri hazırlayıb bir ay müddətində prezidentə təqdim etsin.

Dövlət Turizm Agentliyinin bu ildə fəaliyyəti elə 2018-ci il dövlət büdcəsindən Mədəniyyət və Turizm Nazirliyindən ötrü nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşəcək.

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan prezidentinin sərəncamı ilə 2006-cı ildə yaradılmışdı. Həmin sərəncamla Mədəniyyət Nazirliyi və Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilmişdi.

Xatırlatma

Bu gün, aprelin 20-də dövlət başçısı həmçinin istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı sərəncam imzalayıb.

Sənəd bəzi dövlət qurumlarının ləğvini və yenilərinin yaradılmasını nəzərdə tutub.

Sərəncamla Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.

Bundan başqa, Müəllif Hüquqları Agentliyi ilə Patent və Əmtəə Nişanları Mərkəzi birləşdirilib

Habelə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib.

XS
SM
MD
LG