Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 14:14

Nazirlik medal almayanların narazılığına münasibət bildirib (Video)


Qarabağ müharibəsinin bir qrup iştirakçısı etiraz edir
Gözlə

No media source currently available

0:00 0:02:42 0:00

Qarabağ müharibəsinin bir qrup iştirakçısı etiraz edir

"Müharibədə iştirak edib ancaq medalla təltif olunmadıqları iddiası ilə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi qarşısında toplaşan bir qrup vətəndaş qəbul edilib".

Bu barədə Müdafiə Nazirliyindən "Turan"ın sorğusuna cavab olaraq bildirilib.

"Görüş zamanı bildirilib ki, hərbi qulluqçuların müvafiq medallarla təltif olunmaları onların keçdikləri döyüş və müharibədə bilavasitə iştirakı amilinin araşdırılması yolu ilə həyata keçirilib. Görüşdə vətəndaşlar dinlənilib və müraciətləri ilə bağlı ərizələr alınaraq məsələnin araşdırılması məqsədilə hərbi hissələrə müvafiq tapşırıqlar verilib", - Müdafiə Nazirliyindən qeyd edilib.

Medal verilməyən keçmiş döyüşçülərin şikayəti var

Bu gün, iyunun 29-da bir qrup İkinci Qarabağ müharibəsi iştirakçısı Bakıda Azərbaycan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi önünə toplaşaraq şikayətlərini bildiriblər. Onlardan bəziləri deyib ki, hərbi biletlərində vuruşduqları yerlər tam yazılmayıb, üstəlik, döyüşlərdə iştirak etmələrinə baxmayaraq, medallarla təltif edilməyiblər.

Şikayətçilərdən biri isə vurğulayıb ki, ciddi şəkildə yaralansa da, əlillik dərəcəsi, hələlik, almayıb.

Əraziyə toplaşanlardan biri isə söyləyib ki, Müdafiə Nazirliyinə lazımı məlumatlar vaxtında çatdırılmır. Keçmiş döyüşçülərin habelə sözlərinə görə, ola bilər ki, bir müddət sonra medallar hamiya veriləcək, amma bu barədə onlar xəbərdar edilməlidir.

Əraziyə toplaşanlar rüşvətxorluq hallarından da şikayətləniblər.

Onların dilə gətirdiyi şikayətlərə, hələlik, Müdafiə Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Ötən il və bu il iyunun 26-da (Azərbaycan ordusunun yaranması günü) İkinci Qarabağ müharibəsi iştirakçılarının bir çoxu müxtəlif medallarla təltif edilib.

Qarabağ müharibəsinin Qazaxıstanlı iştirakçıları etiraz edirlər
Gözlə

No media source currently available

0:00 0:02:28 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında ) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu müharibədə Azərbaycanın 3 min hərbi qulluqçusunun həlak olduğu, minlərlə hərbçinin isə yaralandığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG