Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 04:05

#MeToo hərəkatı Hollivudu dəyişdirib


Los Ancelesdə aksiya
Los Ancelesdə aksiya

Cinsi təcavüz qalmaqalları bütün kino sənayesini dəyişdirib və hətta Harry Potterə də təsir edib.

MarketWatch yazır ki, Hollivudda #MeToo hərəkatı artıq ittiham edənlərlə suçlananlar kontekstindən çıxıb.

Veteran prodüser, “Üzsüz” (“Face/Off”) filminin yaradıcılarından olan David Permut on il idi ki, “cinsi istismarın kralı” kimi ad çıxarmış, artıq dünyasını dəyişmiş rejissor Russ Meyer və onun kino tənqidçisi Roger Ebertlə əməkdaşlığı haqda film üzərində çalışırmış.

“DİALOQ YAXŞI NƏTİCƏ VERƏCƏK”

“Russ & Roger Go Beyond” adlı film bu il çəkilməli imiş. Ancaq Permutun sözlərinə görə, filmi çəkmək üçün əldə vəsait və digər imkanlar olduğu halda, “yaşıl işıq bircə gecədə qırmızı işığa dönüb”. Belə ki, Harvey Weinstein haqda xəbərlər yayılan kimi birdən-birə layihə üzərində iş qeyri-mümkün olub. Başqa sözlə, indi cinsi istismarla məşğul olan kinorejissor haqda film çəkməyin zamanı deyil.

“Mən düşünmürəm ki, olmuş hadisəyə əsaslanan, tarixi baxımdan dəqiq olan bir layihəni göstərməyin vaxtı deyil. Çünki ondan nəsə öyrənilə bilər. …Russ Meyer-in filmlərində güclü qadın surətləri də olub”, – Permut deyir.

Hollivudun ən nüfuzlu kişi kino ulduzları, rejissor və prodüserlərinə qarşı cinsi təcavüz ittihamları artıq bir ilə yaxındır ki, əyləncə sənayesini bir-birinə vurub. Bu ayın əvvəli prodüser Harvey Weinstein üç zorlama və cinsi təcavüz ittihamı üzrə günahsız bilinib.

#MeToo hərəkatı təkcə əyləncə sahəsinə təsir etməyib. Ancaq film və kino industriyası daha çox diqqət mərkəzindədir. Kevin Spacey, Aziz Ansari, James Franco, Matthew Weiner və Louis C.K. kimi simalar qəbulolunmaz cinsi davranışda ittiham olunublar.

Kevin Spacey
Kevin Spacey

Spacey aktyor Anthony Rapp-a qarşı (özü də Rapp 14 yaşında olanda) “içkili halda son dərəcə qabulolunmaz davranışa” görə üzr istəyib. Ansari, Franco və Weiner-sə bütün ittihamları rədd ediblər. Louis C.K. əməllərini etiraf edib və peşman olduğunu deyib.

Amazon Studios-un keçmiş rəhbəri Roy Price və TV aparıcıları Matt Lauer və Charlie Rose qadın həmkarlarına qarşı nalayiq davranışa görə işlərini itiriblər.

“Biz yeni eradayıq və bu açıq dialoq yaxşı nəticə verəcək”, - aktyor Brendan Fraser MarketWatch saytına deyib.

Qocaman aktyor və rejissor Griffin Dunne deyir ki, cinsi qısnama ətrafında debat “bizim oxuduğumuz ssenariləri də …dəyişdirib”.

“PUL GƏTİRİR”

Məsələnin əxlaqi yanı bir tərəfə, Hollivudda çoxları müxtəlifliyin qabardılmasının maddi baxımdan da əlverişli olduğunu düşünür.

“Bu ona görə baş verir ki, pul gətirir. Buna şübhə ola bilməz. Görün “Qara Pantera” filmi necə gəlir gətirdi”, – qocaman Hollivud aktyoru və prodüseri Bob Balaban deyir.

“Ortada o qədər istedad var ki, biz onlardan istifadə etmirik. Hollivud iri bir heyvandır, iri heyvanlarsa yavaş tərpənir, çapmır…”, – o deyir.

Women and Hollywood saytının yaradıcısı Melissa Silverstein hesab edir ki, məşhurlara qarşı bu ittihamlar davam edəcək. “Hollivudda yaşamış və işləmiş çox sayda adam var ki, hər dəfə yeni xəbər çıxanda qorxuya düşür. Adamlar nəfəslərini saxlayaraq bütün bunların keçib getməsini gözləyirlər. Ancaq bu, yeni dünya düzənidir və burada qadınların cinsi qısnama, pıçapıç kampaniyaları… və zorlama yolu ilə sistematik çıxdaş edilməsinə imkan verilməyəcək”, - Silverstein deyir.

Bir neçə prodüser və rejissor deyib ki, artıq daha çox kişi aktrisalarla təklikdə görüşməməyə çalışır. Artıq görüşlər otel və ofis otaqlarında yox, otel foyelərində və kafelərdə keçirilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG