Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:54

'Azərbaycan MDB-də sonuncu' -media icmalı 


Qubad İbadoğlu
Qubad İbadoğlu

Məcburi köçkünlərin sosial problemlərinin həlli, Azərbaycanın ÜDM-in artımına görə MDB-də mövqeyi, Bayıldakı sürüşmə zonasında son vəziyyət və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Sakinlər sürüşmə zonasına qayıdıb?

“ Yeni Müsavat” qəzeti-ndə “Bayılın 2019-cu ilə qalan sürüşmə problemi” sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, 2018-ci il atrtıq başa çatmaqda olsa da Bayıl yamacında, sürüşmə zonasındakı problem həll olunmamış qalır. Müəllifin bildirməsinə görə, dekabr ayından etibarən Bayıl yamacında “Teleqüllə” ətrafındakı sürüşmə zonasında yaşayan sakinlərə ayrılan kirayə pulları dayandırılıb.

Bakı, Bayıl yamacı, sürüşmə ərazisi
Bakı, Bayıl yamacı, sürüşmə ərazisi

​ Yazıda vurğulanır ki, “Teleqüllə” yaxınlığında olan sürüşmə səbəbindən ərazidə məskunlaşan təqribən 90 ailə bu ilin yanvar ayından etibarən 11 aylıq kirayə mənzillərə köçürülüb:

“Sakinlər bildiriblər ki, verilən kirayə pulu az olduğu üçün Bayıl ərazisində ev tapmağa çətinlik çəkiblər. Ona görə də məcbur qalıb, ya kənar ərazilərdə ev tutublar, ya da öz evlərinə geri dönüblər. Kirayə pulunun məbləğinə gəlincə isə ailə tərkibi 1-5 nəfər arası olanlara 200 manat, 6-7 nəfər olana 250 manat, 8-dən çox olanda 300 manat müəyyən olunub”

“Yeni Müsavat”a danışan sakin Elməddin Muradlı bildirib ki, artıq insanlar çıxılmaz vəziyyətdədirlər:

“Məlumatlara görə qərara alınıb ki, ərazidə olan evlər sökülsün. Ancaq köçürülmənin nə zaman olacağını dəqiq bilmirik. Bu da əslində bir normal yanaşma deyil. Əgər köçürülmə 2-3 ay sonra olacaqsa, insanları indidən küçələrə tökmək də doğru olmur. Yaranan vəziyyət heç də xoşagələn deyil. Evlərinə qayıdanlar da əziyyət çəkirlər. Çünki qaz, işıq yoxdur. Bayram günündə sakinləri belə hala salmaq, düzgün deyil”

ÜDM-in artım tempi

“Strateq.az” saytı-nda “Qubad İbadoğlu: Azərbaycan ÜDM-in artım tempinə görə MDB-də sonuncudur” sərlövhəli yazı yer alır.

“Hər gün ekranlarda rəsmi prizmadan Azərbaycanın anoloqsuz inkişafından danışılır. Əfsuslar olsun ki, son 3 ildə MDB dövlətləri arasında autsayderlər sırasında olan ölkəmiz bu mövqeyini cari ildə də qoruyub saxlayıb. Bunu MDB Statistika Komitəsinin son açıqlamaları təsdiq edir”.

Yazıda qeyd edildiyinə görə , bunu iqtisadçı-ekspert Qubad İbadoğlu bildirib. Ekspertin təqdim etdiyi cədvələ görə, ümumi daxili məhsulun (ÜDM) artımı üzrə MDB ölkələri arasında 7 faizlə Tacikstanın öndə gedir. Azərbaycanın isə 0,8 faiz artımla sonuncu yerdə qərarlaşıb.

Q.İbadoğlunun açıqlamasına görə, Azərbaycanda iqtisadi artım tempi post-sovet məkanı üzrə ən aşağı səviyyədədir.

İqtisadçı xatırladıb ki, ÜDM ilə bağlı 2018-ci il üzrə Azərbaycan hökumətinin və beynəxlalq təşkilatların hesabatlarında 1,8-2 faizlik artım proqnozlaşdırılmışdı, amma gözləntilər yenə də özünü doğrultmayıb.

İqtisadçı Azərbaycan Dövlət Statistika Komitəsinə də istinadən bildirir ki, bu ilin 10 ayında ölkədə ÜDM 0,8 faiz, o cümlədən qeyri-neft ÜDM-i 1faiz artıb: “2017-ci ilin eyni dövründə qeyri-neft ÜDM-nin artım tempində 2,1 faiz qeydə alınmışdı”

Q.İbadoğlu vurğulayır ki, bundan əlavə, əhalinin hər nəfərinə düşən ÜDM bu ilin 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə manatla 0,1 faiz azalıb.

Ekspertə görə, bu isə öz növbəsində o deməkdir ki, 2018-ci ilin ilk 10 ayında adambaşına iqtisadi artım olmayıb, əksinə 0,1 faiz geriləmə qeydə alınıb.

Dövlət qayğısı

Bakı, Yasamal rayonu, Qanlıgöl ərazisi
Bakı, Yasamal rayonu, Qanlıgöl ərazisi

“Azərbaycan” qəzeti-ndə isə “2 şəhərcik, 2005 mənzil” sərlövhəli yazıda məcburi köçkünlərin sosial problemlərinin həlli dəyərləndirilib.

Müəllif yazıb ki, Qarabağ münaqişəsi, 30 ildən çoxdur , davam edir və Ermənistanın təcavüzü nəticəsində 1 milyon azərbaycanlı doğma yurd-yuvasından didərgin düşüb, onların sosial problemlərinin həlli dövlətin daimi diqqət mərkəzindədir:

“Ulu öndər Heydər Əliyevin bu istiqamətdəki fəaliyyətini 2003-cü ildən yeni dövrün tələblərinə uyğun davam etdirən İlham Əliyevin prezidentlik fəaliyyətinin prioritetlərindən birini məhz bu siyasət təşkil etdi və Azərbaycan bu təbəqədən olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması baxımından ən fəal siyasət yürüdən, yüksək nəticələr əldə edən ölkə kimi tanındı”.

Yazıda daha sonra konkret görülün işlərdən bəhs edilir:

“2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğvi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr, çoxmərtəbəli binalardan ibarət komplekslər salındı”.

Müəllif dekabrın 24-də Abşeron rayonu ərazisində 1000, dekabrın 27-də isə Sumqayıt şəhərində 1005 qaçqın və məcburi köçkün ailəsinə yeni yaşayış kompleksləri salınmasını prtezident İlham Əliyevin bu təbəqədən olan insanların ən böyük hamisi olmasının gösətricisi kimi dəyərləndirir. Yazının sonunda isə oxuyuruq:

“Doğum gününü hər zaman məcburi köçkünlərlə birgə qeyd edən və sözü ilə əməli arasında heç bir fərq olmayan prezident İlham Əliyev bu il də on minlərlə məcburi köçkün ailəsinə sevinc bəxş edərək böyük savab qazanmış oldu”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG