Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:08

ABŞ milli təhlükəsizlik müşaviri İranı tənqid edir


Milli təhlükəsizlik müşaviri McMaster
Milli təhlükəsizlik müşaviri McMaster

ABŞ prezidenti Donald Trump-ın baş milli təhlükəslzik müşaviri televizyaya müsahibəsində deyib ki, İran və onun “təmsilçilərinin” İraq, Suriya və Yaxın Şərqin başqa yerlərindəki “bəd və dağıdıcı” təsiri dayandırılmalıdır.

Oktyabrın 25-də milli təhlükəsizlik müşaviri H.R. McMaster ABŞ-ın maliyyələşdirdiyi Alhurra telekanalına deyib ki, “zorakılıqları törədən və qızışdıran bir tərəf ortdan çıxarılmadan davamlı sülhə nail olunması mümkün ola bilməz”.

O deyib ki, regionda hər bir kəsin İranın və İnqilab Keşikçiləri Korpusunun bəd və dağıdıcı təsirinin qarşısını alması çox mühümdür.

AzadlıqRadiosu yazır ki, ABŞ ordusunda həqiqi xidmətdə olan general H.R. McMaster-in bu bəyanatları Yaxın Şərqdə qeyri-sabitliyin onsuz da şiddətləndiyi vaxta təsadüf edir.

ABŞ tərəfindən dəstəklənən qüvvələr İslam Dövləti ekstremist təşkilatının tam məğlub edilməsinə yaxındırlar, Suriyadakı münaqişə 6 ildir ki, davam edir, kürd liderlər İraq hökumətinin qadağanına rəğmən müstəqillik referendumu keçiriblər, Yəməndə şiə qiyamçılar hökumətə qarşı vuruşurlar və Livanda şiə Hizbullah hərəkatının fəaliyyəti davam edir.

McMaster deyib ki, o bütün bu münaqişələrdə Tehranın təsirini görür.

İraqın şiə hökuməti qonşu İranın rəhbərliyi ilə yaxın münasibətlərə malikdir və ekspertlərin fikrincə Bağdad, şiələrin çoxluq təşkil etdiyi Xalq Səfərbərləri Qüvvəsindən (XSQ) və İran İnqilab Keşikçilərinin Qüds hərbi birliklərindən öz təsiirini genişləndirmək üçün istifadə edir.

Oktyabrın 22-də regionda səfərdə olan dövlət katibi Rex Tillerson İraq baş naziri Haider al-Abadiyə demişdi ki, İraq-da İD-in məğlub edilməsinə kömək etmiş İranyönlü qüvvələrin “evlərinə dönməsinin” vaxtı çatıb.

Bundan bir gün sonra Abadi Tillerson-un çağırışını rədd edərək bildirmişdi ki, XSQ rəsmi dövlət strukturlarına daxildir və birləşməyə öz vətənlərini qoruyan və terrora qaşı döyüşən iraqlılar da daxildir.

McMaster aydınlıq gətirib ki, məqsəd İraq və İran arasında bütün əlaqələrin qırılması deyil, Tehranın “dağıdıcı” təsirlərinin cilovlanmasıdır.

McMaster kinayə ilə deyib ki, “iranlılar İraqın dövlət təsisatlarına sirayət edib onları ələ almağı yaxşı bacarıblar”.

O iddia edib ki, İranın dəstəklədiyi şiə hərbi birləşmələri faktiki olaraq Bağdad hökumətinin tabeçiliyində deyil.

Milli təhlükəslzik müşaviri deyib ki, İran qonşu hökumətlərin zəifliyini istəyir.

O bildirib ki, regionun Yəmən kimi yerlərində İranın “təmsilçilərini” dəf etmək xüsusilə vacibdir. Tehran Yəməndə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumətə qarşı çıxan şiə hutilərə yardım göstərir.

McMaster bildirib ki, ABŞ Suriyada regional partnyorları ilə birlikdə “davamlı siyasi həllin” tapılmasına çalışır.

Bununla belə, müşavir vurğulayıb ki, ABŞ hazırkı prezident Bashar al-Assad-ı Suriyanın heç bir gələcək hökumətində görmür.

McMaster Assad-ı öz ölkəsini dağıtmaqda və öz xalqına iztirab gətirməkdə ittiham edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG