Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:45

John McCain vəfat etdi


ABŞ senatoru John McCain, avqustun 25-də, 81 yaşında vəfat edib.

Onun ofisinin bəyanatında deyilir ki, senator öz ölkəsinə ölənə qədər, 60 il xidmət edib.

McCain eyni siyasi partiyanı təmsil etməsinə baxmayaraq prezident Donald Trump-ın kəskin tənqidçisi olub. Senator xüsusilə də Trump-ın Rusiya prezidenti Vladimir Putin haqqında tərifli bəyanatlarından xoşlanmırdı.

Trump isə hətta McCain-ə diaqnoz qoyulduqdan sonra da ona hücumlarını dayandırmamışdı.

McCain -in ölüm xəbəri yayılandan sonra isə Trump Twitter-də senatorun ailəsinə başsağlığı verib.

XS
SM
MD
LG