Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:23

Senator John McCain xərçəngdən müalicəsini dayandırıb


Senator John McCain
Senator John McCain

ABŞ-ın görkəmli respublikaçı senatoru John McCain beyin xərçənginin aqressiv formasına görə keçdiyi müalicəni dayandırmaq qərarını elan edib.

Arizona ştatından senatorun ailəsi avqustun 24-də bildirib ki, “John sağ qalmaq üçün olan bütün gözləntilərini aşıb”.

Ailəsinin verdiyi bəyanatda deyilir ki, Vyetnam müharibəsində əsir olmuş 81 yaşlı veteran yaşının ahıllığı və beynindəki bəd şişin artması ilə əlaqədar tibbi müalicənin dayandırılmasını lazım bilib.

McCain eyni siyasi partiyanı təmsil etməsinə baxmayaraq prezident Donald Trump-ın kəskin tənqidçisidir. Senator xüsusilə də Trump-ın Rusiya prezidenti Vladimir Putin haqqında tərifli bəyanatlarından xoşlanmır.

McCain keçən ay demişdi: “Putin Amerikanın dostu deyil, heç rəqibi də deyil. Putin Amerikanın düşmənidir. Biz bunu arzulamamışıq, belə olmağı onun özü istəyib”.

Trump isə hətta McCain-ə diaqnoz qoyulduqdan sonra da ona hücumlarını dayandırmayıb.

McCain 2008-ci il prezident seçkisində demokrat Barack Obamaya uduzub.

Buna baxmayaraq senator çətin məsələlərdə demokratlarla da əməkdaşlığı qəbul etdiyinə görə təqdir olunur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG