Keçid linkləri

Təcili xəbərlər
2023, 03 Dekabr, bazar, Bakı vaxtı 07:22

ABŞ müdafiə naziri: Rusiya Yaxın Şərq-də ABŞ-ı əvəz edə bilməz


ames Mattis
ames Mattis

ABŞ-ın müdafiə naziri Jim Mattis ərəb liderlərinə deyib ki, Rusiya, Moskvanın Suriya münaqişəsinə hərbi müdaxiləsindən sonra Yaxın Şərq-də Birləşmiş Ştatları əvəz edə bilməz.

Bu barədə Reuters, AP və FP agentlikləri məlumat verirlər.

“Rusiyanın regionda iştirakı,ABŞ-ın Yaxın Şərq məsələsindəki əzəli, möhkəm və şəffaf sadiqliyini dəyişə bilməz”, Mattis oktyabrın 27-də Bəhreynin paytaxtı Manamada keçirdiyi görüşdə deyib.

Məlumata görə, Rusiya prezidenti Vladimir Putin bir qədər sonra İstanbulda Fransa, Almaniya və Türkiyə liderlərinin iştirakı ilə keçirilən sammitə qoşulmalıdır.

Liderlər Suriya müharibəsinin möhkəm həlli yolunu tapmağa çalışırlar.

Qeyd edək ki, Rusiya Suriya münaqişəsində prezident Bashar Assad rejiminin tərəfini saxlayır.

Türkiyə isə bu məsələdə üsyançıların tərəfini saxlasa da son vaxtlar Rusiyaya yaxınlaşdığı hiss olunur.

Mattis Manamada keçirilən illik beynəlxalq təhlükəsizlik sammitində deyib ki, Moskvanın Bashar Asadın öz xalqına qarşı cinayətkar hərəkətlərinə məhəl qoymaması, onun əsas mənəvi prinsiplərə sadiq olmadığını göstərir.

O qeyd edib ki, İranın da bu məsələdə Suriya rejimi və Rusiyanı dəstəkləməsi Assadın hakimiyyətdə qalmasının əsas səbəblərindəndir.

XS
SM
MD
LG